Əlixan Musayev:
Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”
Bünyadov-Məmmədəliyev:
Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)”
Elmir Quliyev
:
Силач из числа джиннов сказал: "Я принесу его тебе прежде, чем ты встанешь со своего места (до окончания собрания). Я достаточно силен и заслуживаю доверия для этого".
Ələddin Sultanov:
Cinlərdən çox güclü biri: “Sən yerindən qalxmadan mən onu sənə gətirərəm. Həqiqətən, mənin buna gücüm çatar və mən etibarlıyam!” - dedi.
Kerbelayi Malik ağa:
Cinlərdən ifrit: ‘Sən məqamından qalxmadan əvvəl onu sənə gətirərəm. Şübhəsiz ki, mən onu gətirə biləcəyimə çox əminəm.’ dedi.
Ələsgər Musayev:
Cinlərdən Ifrit dedi: «Sən öz məqamından qalxmamışdan qabaq, mən gələrəm sənin yanına onunla və həqiqətən, mən bunun üzərində qüvvətliyəm, əminəm!»
A.Mehdiyev və D.Cəfərli:
Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»
Kövsər Tağıyev:
Cinlərdən bir ifrit: “Sən yerindən qalxmadan mən onu sənə gətirərəm və həqiqətən, mən buna gücü yetən etibarlı biriyəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Cinlərdən olan bir ifrit dedi: “Sən heç yerindən qalxmamış mən onu sənə gətirərəm. Axı bunun üçün mən güclü və etibarlıyam."
Sabirə Dünyamalıyeva:
Cinlərdən bir ifrit, "Sən taxtından qalxmamış mən onu sənə gətirərəm. Və heç şübhə yoxdur ki, mən bunun üçün güclü və etibarlıyam" dedi.