Əlixan Musayev:
Qarunu, Fironu və Hamanı da (məhv etdik.) Həqiqətən, Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər və (axırda əzabımızdan) qaça bilmədilər.
Bünyadov-Məmmədəliyev:
Biz Qarunu da, Fironu da, Hamanı da (məhv etdik). Musa onların yanına açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə (Misirdə) təkəbbürlük etdilər və (buna görə də əzabımızdan) sovuşa bilmədilər!
Elmir Quliyev
:
А также Карун (Корей), Фараон и Хаман! Муса (Моисей) явился к ним с ясными знамениями, но они превознеслись на земле и не смогли опередить наказание.
Ələddin Sultanov:
Qarunu, Fironu və Hamanı da (məhv etdik). Həqiqətən, Musa onlara açıq-aydın dəlillər gətirmişdi. Onlar isə yer üzündə təkəbbürləndilər və (əzabımızdan) qurtula bilmədilər.
Kerbelayi Malik ağa:
And olsun ki, Qarun, Firon və Hamana Musa (ə.s) bəyyinələrlə (açıq dəlillərlə) gəldi. Lakin onlar yer üzündə təkəbbürləndilər. Onlar (əzabımızdan) xilas olmadılar.
Ələsgər Musayev:
Və Qarun və Firaun və Haman… və əlbəttə gəldi onlara Musa bəyanatlarla və onlar təkəbbürlük etdilər ərzdə və olmadılar qabağa düşənlərdən.
A.Mehdiyev və D.Cəfərli:
Və Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tovhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla Bizim iradəmizdən önə keçən deyildilər (Bizim əzabımızdan qaça bilməzlər).
Kövsər Tağıyev:
Qarunu, Firon və Hamanı də həlak etdik. And olsun, Musa onlara açıq-aşkar möcüzələr gətirmişdi. Onlar isə yer üzündə təkəbbür göstərdilər. Halbuki bizdən sovuşub (əzabımızdan) qurtula bilməzdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Qarunu, Fironu və Hamanı da (məhv etdik). Musa aydın dəlilləri onlara gətirmişdi. Onlar isə yer üzündə təkəbbür göstərdilər. Onlar (cəzamızdan) qaçıb qurtara bilmədilər.
Sabirə Dünyamalıyeva:
Qarunu, Fironu və Hamanı da məhv etdik. And olsun ki, Musa onlara açıq-aşkar dəlillər ilə gəlmişdi, ancaq onlar yer üzündə təkəbbür göstərmişdilər. Halbuki onlar, [Bizim iradəmizin önünə] keçən deyildilər.