Ali-İmran Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.
Bünyadov-Məmmədəliyev:
(Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”.
Elmir Quliyev :
Когда он стоял на молитве в молельне, ангелы воззвали к нему: "Аллах радует тебя вестью о Йахье (Иоанне), который подтвердит Слово от Аллаха и будет господином, воздержанным мужем и пророком из числа праведников".
Ələddin Sultanov:
Zəkəriyya mehrabda ayaq üstə namaz qılarkən mələklər ona belə səsləndi: “Allah sənə, Allahdan (gələn) kəlməni (İsanı) təsdiqləyici, eləcə rəhbər, namuslu əməlisalehlərdən bir peyğəmbər olaraq Yəhyanı müjdə verir”.
Kerbelayi Malik ağa:
Bunun üzərinə O (Zəkəriyyə ə.s) mehrabda ayaq üstə namaz qılarkən mələklər ‘Allahın onu Allahdan bir kəlməni (Həzrəti İsanı) təsdiqedici olaraq, seyid, nəfsinə hakim nəbi olan, salehlərdən ‘Yəhya ilə müjdələdiyini’ nida etdilər (bildirdilər).
Ələsgər Musayev:
Nida etdilər ona mələklər o ayaq üstə diləyirdi mehrabda: «Həqiqətən Allah bəşarət verir sənə Yəhya ilə - təsdiq edir Allahdan olan kəlməni seyyiddir pəhrizkardır salehlərdən olan nəbidir!»
A.Mehdiyev və D.Cəfərli:
Bel?likl?, m?l?kl?r onu oz mehrab?nda namaz v? dua ucun durdugu halda s?sl?dil?r ki: «Allah s?ni Y?hya (adl? bir ovlad) il? mujd?l?yir ki, o, Allah t?r?find?n olan k?lm?ni (Isan?) t?sdiq ed?n, (oz qovmunun) boyuk v? r?hb?r(i), (butun batil isl?rd?n) c?kin?n v? l?yaq?tlil?rin n?slind?n olan bir peyg?mb?rdir».
Kövsər Tağıyev:
Zəkəriyya məbəddə namaz qılarkən mələklər ona: “Rəbbin səni, Ondan gələn bir kəlməni (İsanı) təsdiqləyici, əfəndi, nəfsinə hakim salehlərdən bir peyğəmbər olaraq Yəhya ilə müjdələyir”, deyə səsləndilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, mehrabda durub namaz qılarkən mələklər onu çağırıb (dedilər): “Allah, Allah tərəfindən gəlmiş kəlamı təsdiq edəcək, başçı, nəfsinə hakim, əməlisaleh bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) ilə səni müjdələyir."
Sabirə Dünyamalıyeva:
Sonra Zəkəriyya, xüsusi kürsüdə dayanıb səlat edərkən [təhsil-təlimlə məşğul olarkən] xəbərçi ayələr ona: "Şübhəsiz ki, Allah sənə, Allah tərəfindən olan bir sözü təsdiq edən, ağa/bir rəhbər, iffətli bir peyğəmbər olaraq, əməlisalehlərdən Yəhyanı müjdələyir" deyə səsləndilər.