Fatir Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz.
Bünyadov-Məmmədəliyev:
Sizi yer üzünün varisləri edən (bir-birinizin yerinə gətirən) Odur. Küfr edənin küfrü öz əleyhinə olar (zərərini özü çəkər). Kafirlərin küfrü Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrü (axirətdə) onların ancaq ziyanını artırar!
Elmir Quliyev :
Он Тот, Кто сделал вас преемниками на земле. Кто не уверовал, тот не уверовал во вред себе. Неверие не прибавляет неверующим перед их Господом ничего, кроме ненависти. Неверие не прибавляет неверующим ничего, кроме убытка.
Ələddin Sultanov:
Sizi yer üzünün varisləri edən Odur. Kim inkar edərsə, inkar etməsi onun öz əleyhinədir. Kafirlərin inkar etməsi Rəbbi yanında yalnız qəzəbi artırar. Kafirlərin inkar etmələri onların ancaq ziyanını artırar.
Kerbelayi Malik ağa:
Sizi yer üzündə xəlifələr edən Odur. Artıq kim inkar etsə, o zaman onun küfrü öz əleyhinədir. Kafirlərə küfrləri Rəblərinin hüzurunda qəzəbdən başqa bir şey artırmaz kafirlərə küfrləri yalnız ziyan artırar.
Ələsgər Musayev:
O Odur ki, etdi sizi ərzdə xəlifə. Kim kafir oldu, öz əleyhinədir küfrü onun artırar kafirlər üçün küfrləri onların öz Rəblərinin yanında ancaq qəzəb artırar kafirlər üçün küfrləri onların, ancaq xəsarət.
A.Mehdiyev və D.Cəfərli:
Sizi yer üzündə (keçmişdəkilərin) canişinlər(i) edən Odur. Kim kafir olsa, küfrü onun özünün ziyanınadır. Kafirlərin küfrləri Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrləri (onların) yalnız (axirət) ziyan(ı) artırar.
Kövsər Tağıyev:
O, sizi yer üzündə xəlifələr edəndir. Artıq kim inkar edərsə, inkarı öz əleyhinədir. İnkarçıların inkarı Rəbləri qatında ancaq düçar olacaqları əzabı artırar. İnkarçıların inkarı ancaq ziyanlarını artırar.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzündə sizi (bir-birinin ardınca) xələflər edən Odur. Kim küfr edərsə küfrü öz ziyanınadır. Kafirlərin inkar etməsi onların Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. İnkar etmələri kafirlər üçün ancaq ziyanı artırar.
Sabirə Dünyamalıyeva:
O, sizi yer üzünün varisləri edəndir. Artıq kim küfr işləyərsə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edərsə], küfrü [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməsi] öz zərərinədir. kafirlərin [Allahın məbud rəbb olduğunu biləbilə inkar edənlərin] küfrü [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməsi] Rəbbinin dərgahında onlara olan nifrəti ancaq artırar. kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərin] küfrü [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməsi] özlərinə verdikləri zərəri ancaq artırar.