Əlixan Musayev:
Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (tədricən) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olur.
Bünyadov-Məmmədəliyev:
Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.
Elmir Quliyev
:
Мы определили для луны положения, пока она снова не уподобляется старой пальмовой ветви.
Ələddin Sultanov:
Ay üçün də mərhələlər təyin etdik. Nəhayət, o, xurma ağacının qurumuş əyri budağına bənzər bir hala (hilal şəklinə) düşər.
Kerbelayi Malik ağa:
Ay qurumuş xurma ağacının budağı kimi bir şəkil halına dönənə qədər ona mənzillər təqdir etdik.
Ələsgər Musayev:
Və qəmər – Biz təqdir etdik onu mənzillərlə, ta olmur eynən qədim xurma budağı kimi.
A.Mehdiyev və D.Cəfərli:
Və bütöv halda olan ay üçün də mənzillər təyin etdik ki, o, xurma ağacının köhnə (sarı rəngli və qövsvari şəkildə olan) budağı kimi (hilal şəklinə) dönsün (və yenidən tədriclə bütövləşsin).
Kövsər Tağıyev:
Günəş də öz məcrasında axıb gedir. Bu, mütləq güc sahibi, haqqı ilə bilən Allahın təqdiridir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ay üçün də mənzillər müəyyən etdik. (Mənzillərini başa vurduqdan sonra) o, xurma salxımının saralmış saplağı şəklində [hilal] yenidən qayıdır.
Sabirə Dünyamalıyeva:
Köhnə, quru bir xurma budağı kimi qayıdana qədər mənzillər; məkanlar müəyyən etdiyimiz Ay da, o qafil tayfa üçün bir dəlildir.