Fussilət Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yer üzünü qupquru görməyin Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Onun qüdrət nişanələrindən biri budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar (cana gələr). Onu dirildən, şübhəsiz ki, ölüləri dirildəcəkdir. Həqiqətən, O, (Allah) hər şeyə qadirdir!
Elmir Quliyev :
Среди Его знамений то, что ты видишь землю иссохшей, но когда Мы ниспосылаем на нее воду, она приходит в движение и набухает. Воистину, Тот, Кто оживил ее, непременно оживит мертвецов. Он способен на всё.
Ələddin Sultanov:
Sənin yer üzünü qupquru görməyin Onun (varlığının qüdrətinin) əlamətlərindəndir. Biz ora yağış yağdırdığımız zaman yer hərəkətə gəlib qabarar. Onu dirildən, əlbəttə, ölüləri dirildər. Şübhəsiz ki, O, hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Onun ayələrindəndir ki, yeri həqiqətən qurumuş görərsən. Onun üzərinə su endirdiyimiz zaman hərəkətə gələr qabarar. Şübhəsiz ki, ona (yerə) həyat verən (Allah), əlbəttə ölülərə həyat verəndir. Şübhəsiz ki, O, hər şeyə qadirdir.
Ələsgər Musayev:
Onun ayətindəndir ki, görürsən ərzi çəkinən halda. Onda ki, nazil edirik onun üzərinə suyu, o həyacanlanır şişir. Həqiqətən, Odur ki, həyat verdi ona, dirildəndir ölüləri. Həqiqətən, O külli şey üzərində Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Onun (tovhid qüdrət) nişanələrindən(biri də) budur ki: Sən yeri quru ölmüş görürsən. Onun üzərinə (yağış, qar dolu şəklində) su endirdiyimiz zaman o, canlanar (həm özü, həm yetirdiyi bitkilər) qalxar. Həqiqətən onu (yeri qurumuş bitkiləri) dirildən şübhəsiz, (Qiyamətdə) ölüləri (də) dirildəcəkdir. Çünki O hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Allahın varlığının dəlillərindən biri budur: Sən yer üzünü boynu bükük (qupquru) görürsən. Onun üstünə yağışı endirdiyimiz zaman hərəkətə gəlib qabarar. Şübhəsiz, onu dirildən, əlbəttə, ölüləri dirildər. Şübhəsiz, O, hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun ayələrindəndir ki, sən yeri qup-quru görürsən, Biz onun üzərinə su enirdikdən sonra o, hərəkətə gələrək dirçəlir. Onu cana gətirən həqiqətən ölüləri dirildir. Həqiqətən də, O, hər şeyə qadirdir!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, sənin yer üzünü boynu bükük görməyin Biz onun üzərinə su endirdiyimiz zaman onun hərəkətə gələrək qabarması da Onun işarətlərindən/nişanələrindəndir. Şübhəsiz ki, ona həyat verən, həqiqətən ölüləri dirildəcəkdir. Şübhəsiz ki, O, hər şeyə qadirdir.