Əlixan Musayev:
Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Hə-qiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Аллах примет покаяние того, кто раскается после совершения несправедливости и исправит содеянное, ибо Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Kim etdiyi (bu) haqsız əməldən sonra tövbə edib özünü islah edərsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Artıq kim etdiyi zülmdən sonra tövbə etsə və islah olsa, o təqdirdə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Kim zülm etdikdən sonra qayıdıb və əməlini
islah edə, həqiqətən, Allah onun qayıtmasını qəbul edər.
Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Hər kim də etdiyi zülmün ardından tövbə edib özünü düzəltsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Şübhə yox ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim tutduğu pis əməldən sonra tövbə edib düzələrsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Kim etdiyi haqsızlıqdan sonra tövbə etsə və düzəltsə, bilsin ki, şübhəsiz ki, Allah, onun tövbəsini qəbul edər. Şübhəsiz ki, Allah, çox bağışlayandır, çox rəhm edəndir.