Əlixan Musayev:
Sən onların dediklərinə səbr et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de!
Elmir Quliyev
:
Терпеливо сноси то, что они говорят, и прославляй хвалой твоего Господа перед восходом солнца и перед закатом.
Ələddin Sultanov:
Ona görə də sən onların dediklərinə səbir et! Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini təsbeh et (namaz qıl)!
Kerbelayi Malik ağa:
Elə isə onların söylədiklərinə səbir et. Rəbbini günəşin doğmasından və batmasından əvvəl həmd ilə təsbeh et (zikr et).
Ələsgər Musayev:
Səbr et üzərində nə ki, deyirlər və saya sal
həmd ilə Rəbbini şəms çıxmamışdan qabaq və batmamışdan
qabaq
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də onların (peyğəmbərliyin inkarı, rübubiyyətdə şirk və qiyamətin təkzib edilməsi barəsində) dediklərinə səbr et və günəş çıxandan qabaq və onun batmasından öncə öz Rəbbini həmd-səna ilə birlikdə pak sifətlərlə mədh et (hər bir eyb və nöqsandan pak bil, yəni sübh, zöhr və əsr namazlarını qıl).
Kövsər Tağıyev:
O halda onların dediklərinə səbir et və günəşin doğmasından əvvəl də, batmasından əvvəl də Rəbbini həmd edərək təsbih et.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən onların dedikləri sözlərə döz! Günəş doğmazdan əvvəl və batmazdan əvvəl öz Rəbbinin şəninə həmd ilə təriflər de!
Sabirə Dünyamalıyeva:
Elə isə, sən onların dedikləri müqabilində səbrli ol. Və günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl