Əlixan Musayev:
Ayələrimizi yalan sayanlar qaranlıqlar içində (qalmış) karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.
Bünyadov-Məmmədəliyev:
Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər.
Elmir Quliyev
:
Те, которые считают ложью Наши знамения, глухи и немы во мраках. Аллах вводит в заблуждение, кого пожелает, и наставляет на прямой путь, кого пожелает.
Ələddin Sultanov:
Ayələrimizi təkzib edənlər qaranlıqlar içində qalmış karlar və lallardır. Allah dilədiyi kimsəni (haqq yoldan) azdırar, dilədiyini də doğru yola yönəldər.
Kerbelayi Malik ağa:
Ayələrimizi yalanlayanlar qaranlıqlar içərisində kardırlar, laldırlar. Allah kimi dilərsə onu dəlalətdə buraxar. Kimi dilərsə, onu Sirati Müstəqim üzərində edər.
Ələsgər Musayev:
O kəslər ki, yalan saydılar ayətlərimizlə Bizi – zülmətdə olan karlar və lallardır. Kimi istəsə Allah, zəlalətdə tərk edər və kimi istəsə, edər onu üzərində düz yolun.
A.Mehdiyev və D.Cəfərli:
Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.
Kövsər Tağıyev:
Ayələrimizi yalan sayanlar qaranlıqlar içindəki bəzi karlar və lallardır. Allah kimi istəsə, zəlalətə düçar edər. Kimi də istəsə, doğru yola yönəldər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimizi yalan hesab edənlər zülmət içərisində kardırlar, laldırlar. Allah istədiyi kəsi yolundan azdırır, istədiyi kəsi isə düz yol üzərinə qoyur.
Sabirə Dünyamalıyeva:
Ayələrimiz yalan sayan o kəslər də qaranlıqdakı karlar və lallardır. Hər kəs istəsə, Allah onu yoldan azdırar, kim də istəsə, onu doğru yolda saxlayar.