Əraf Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əvvəlkilər sonrakılara deyəcəklər: “Sizin bizim üzərimizdə heç bir üstünlüyünüz olmayıb. Elə isə qazandıqlarınıza görə dadın əzabı!”
Bünyadov-Məmmədəliyev:
Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. (Biz sizi günah işlərə məcbur etmədiyimiz, əksinə, siz onları könüllü surətdə gördüyünüz üçün hər ikimiz eyni əzaba düçar olmalıyıq). Buna görə qazandığınız günahların cəzası olaraq dadın əzabı! deyəcəklər.
Elmir Quliyev :
Тогда первые из них скажут последним: "Вы не были лучше нас. Посему вкусите наказание за то, что вы приобретали".
Ələddin Sultanov:
Əvvəl gələnlər isə sonrakılara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Elə isə siz qazandıqlarınıza (günahlarınıza) görə əzabı dadın!” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Onların əvvəlkiləri sonrakılara: ‘Sizin bizdən bir üstünlüyünüz yoxdur. Elə isə qazanmış olduğunuz şeylər səbəbiylə əzabı dadın.’ dedilər.
Ələsgər Musayev:
Əvvəlkilər axırdakılara deyərlər: «Siz üstün olmadınız bizdən dadın əzabı ilə ki, oldunuz kəsb edənlər!»
A.Mehdiyev və D.Cəfərli:
Rəhbərlər öz tabeçilərinə «sizin bizdən heç bir üstünlüyünüz yoxdur (ki, əzabın azaldılmasına səbəb olsun), buna görə əldə etdiklərinizin cəzası olaraq dadın Allahın əzabını» deyəcəklər.
Kövsər Tağıyev:
Əvvəlkilər sonrakılara: “Sizin bizə qarşı heç bir üstünlüyünüz yoxdur. Artıq qazandığınız şeylərin əvəzi olaraq əzabı dadın”, deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əvvəlkilər sonrakılara deyəcəklər: "Sizin bizdən heç bir üstünlüyünüz olmayıb. Ona görə qazandığınız (günahların) əzabını dadın!"
Sabirə Dünyamalıyeva:
Əvvəlkilər sonrakılara, "Siz bizdən artıq deyilsiniz. Elə isə, işlədiklərinizin müqabilində əzabı dadın" deyərlər.