Əlixan Musayev:
Əgər döyüşə çıxmasanız, (Allah) sizi üzücü bir əzaba düçar edər və sizi başqa bir camaatla əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!
Elmir Quliyev
:
Если вы не выступите в поход, то Он подвергнет вас мучительным страданиям и заменит вас другим народом. Вы ничем не навредите Ему, ибо Аллах способен на всё.
Ələddin Sultanov:
Əgər döyüşə çıxmazsanız, Allah sizə acı bir əzab verər və sizin yerinizə başqa bir qövm gətirər. Siz Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Səfərə çıxmağınız xaric, (döyüşə könüllü olaraq qatılmadığınız təqdirdə) sizə əlim bir əzabla əzab edər. Sizdən başqa bir qövmlə sizi dəyişdirər. Ona heç bir şeylə zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Əgər çıxış etməsəniz, O
sizi ələmli əzabla əzab edər və sizi qeyri qoumla dəyişər və siz
Ona heç bir şeylə zərər yetirə bilməzsiniz və Allah üzərində
külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Əgər Allah yolunda səfərə çıxmasanız, sizi ağrılı-acılı bir əzabla cəzalandırar və yerinizə sizdən başqa bir qövm gətirər. Siz isə Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər (döyüşə) çıxmasanız Allah sizə üzücü bir əzab verər, sizi başqa bir tayfa ilə əvəz edər, siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, axı Allah hər şeyə qadirdir!
Sabirə Dünyamalıyeva:
Əgər döyüşə çıxmasanız, Allah sizə ağrılı-acılı bir əzabla əzab verər və yerinizə başqa bir qövmü gətirər və siz Ona heç bir zərər verə bilməzsiniz. Və Allah, hər şeyə ən yaxşı qadir olandır.