Yunus Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahın həqiqi vədi kimi hamınızın dönüşü Onadır. O, məxluqu ilk dəfə yaradır, sonra onu (Qiyamət günü) yeni­­dən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki üzücü bir əzab hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. (Hamınız Onun hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) şiddətli bir əzab gözləyir!
Elmir Quliyev :
Все вы возвратитесь к Нему, согласно истинному обещанию Аллаха. Он создает творение в первый раз, а затем воссоздает его, чтобы по справедливости вознаградить тех, которые уверовали и совершали праведные деяния. Тем же, которые не уверовали, уготованы напиток из кипятка и мучительные страдания за то, что они не уверовали.
Ələddin Sultanov:
Allahın haqq vədi olaraq hamınızın dönüşü Onadır! Həqiqətən, O, məxluqatı yoxdan yaradır, sonra isə iman gətirib yaxşı işlər görənləri ədalətli bir şəkildə mükafatlandırmaq üçün onu (dirildərək) geri qaytarır. Kafirlərə gəldikdə, inkar etdiklərinə görə onlar üçün qaynar sudan bir içki acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Hamınızın dönüşü Onadır. Allahın vədi haqdır. Şübhəsiz ki, O, ilk olaraq (nümunəsiz) yaratmağa başlayar. Sonra amənu olanlar saleh əməl işləyənlər (nəfsini islah edənlər), ədalətlə mükafatını vermək üçün Ona döndərilər. Kafir olanlar üçün inkar etdiklərinə görə həmimdən (qaynar sudan) bir içki ağrılı-acılı əzab vardır.
Ələsgər Musayev:
Ona tərəfdir müraciətiniz cəmiyyən. Allahın vədi haqdır. Həqiqətən, O başlayır xəlqə, sonra qaytarır onu, cəza verməsi üçün insafla o kəslərə ki, inanırlar əməli salehdirlər. O kəslərə ki, kafir oldular, onlar üçün şərab hamamda qaynayan sudan ələmli əzab ilə ki, oldular kafirlər!
A.Mehdiyev və D.Cəfərli:
Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq sabit olan vədidir. Həqiqətən yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən yaxşı işlər görənləri haqq ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Hamınızın qayıdışı yalnız Onadır. Allah bunu bir haqq olaraq vəd etmişdir. Şübhəsiz, O, yaratmağı başladar, sonra iman edib saleh işlər görənləri ədalətlə mükafatlandırmaq üçün onu (yaratmanı) təkrar edər. Kafirlərə gəlincə, inkar etmələri səbəbi ilə onlar üçün qaynar sudan bir içki ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Hamınızın qayıdışı Onadır. Allahın vədi haqdır. O, yoxdan xəlq etməyə başlayır, sonra bunu təkrar edir [ölümündən sonra dirildir] ki, iman gətirənləri əməlisalehləri ədalətlə mükafatlandırsın. Kafirlər üçün isə küfr etdiklərinə görə həmim [qaynar içki] üzücü əzab vardır.
Sabirə Dünyamalıyeva:
Hamınızın dönüşü ancaq Onadır. Allah, bunu haqq olaraq vəd etmişdir. Şübhəsiz ki, O, xalqı əvvəlcə əmələ gətirər, sonra iman edən sahmana salmaq qayəsi ilə əməl işləyən kəslərə qismətləri/haqqı olan payları ilə əvəz vermək üçün [onları] geri qaytarar. Kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] var ha, onları isə etdikləri küfrlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməyə] görə qaynar sudan [ibarət olan] bir içki ağrılı-acılı əzab onlar üçündür.