Əlixan Musayev:
(Peyğəmbər )dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”
Bünyadov-Məmmədəliyev:
(Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: “Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi) eşidəndir, biləndir!”
Elmir Quliyev
:
Мухаммад сказал: "Мой Господь знает то, что говорят на небе и на земле. Он — Слышащий, Знающий".
Ələddin Sultanov:
(Peyğəmbər) dedi: “Rəbbim göydə və yerdə söylənən hər bir sözü bilir. O, hər şeyi eşidəndir, biləndir”.
Kerbelayi Malik ağa:
(O belə) dedi: ‘Mənim Rəbbim səmadakı və yerdəki sözü bilər. O, eşidəndir, biləndir.’
Ələsgər Musayev:
Dedi: «Rəbbim səmada və ərzdə olan
danışıqları bilir və O Səmidir, Alimdir!»
A.Mehdiyev və D.Cəfərli:
(Peyğəmbər) dedi: «(Əbəs yerə pıçıltı ilə danışmayın, çünki) mənim Rəbbim göydə və yerdə olan hər bir danışığı bilir və O, (hər şeyi) eşidən və biləndir.»
Kövsər Tağıyev:
Peyğəmbər onlara dedi ki: “Rəbbim yerdəki və göydəki hər sözü bilir. O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbər dedi: “Rəbbim göylərdəki və yerdəki söz-söhbəti bilir. Axı O, hər şeyi eşidəndir, biləndir.
Sabirə Dünyamalıyeva:
De ki: "Rəbbim göydə və yerdə hər sözü bilir. Və O, ən yaxşı eşidən, ən yaxşı biləndir."