Əlixan Musayev:
Onun haqqında belə yazılmışdır: kim (şeytanla) dostluq etsə, (şeytan) onu (doğru) yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər.
Bünyadov-Məmmədəliyev:
(Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.
Elmir Quliyev
:
Ему было предписано, что любого, кто сочтет его своим покровителем и помощником, он введет в заблуждение и приведет к мучениям в Пламени.
Ələddin Sultanov:
Şeytan barəsində hökm verilmişdir ki, kim onunla yoldaşlıq edərsə, həqiqətən, şeytan onu azdırar və cəhənnəm əzabına sürükləyər.
Kerbelayi Malik ağa:
Onun (şeytanın) üzərinə yazıldı ki; kim ona (şeytana) dönsə, o təqdirdə onu mütləq dəlalətə düşürər və onu cəhənnəm əzabına aparar.
Ələsgər Musayev:
Yazıldı üzərinə onun ki, kim onu özünə dost
götürsə, onu zəlalətə salar və onu yanar odun əzabına tərəf
hidayət edər.
A.Mehdiyev və D.Cəfərli:
(Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (belə) yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir.»
Kövsər Tağıyev:
Şeytan haqqında: “Kim onu dost tutarsa, onu mütləq sapdırar və onu cəhənnəm əzabına sürükləyər”, – deyə yazılmışdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun [şeytanın] haqqında yazılmışdır ki, kim onun ardınca gedərsə, o, onu yoldan çıxarar və odun əzabına doğru aparar.
Sabirə Dünyamalıyeva:
Azğın şeytan barəsində belə yazılmışdır: "Şübhəsiz, kim şeytanı [özünə] yol göstərən, himayəçi bir yaxın qəbul etsə, o [şeytan], həqiqətən şeytanı özünə dost qəbul edəni azdırar və onu cəhənnəm əzabına yönəldər."