Əlixan Musayev:
Kafirlər: “Bu, (Muhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər”– dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər.
Bünyadov-Məmmədəliyev:
Kafir olanlar: “Bu (Quran) onun (Muhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!” – deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar.
Elmir Quliyev
:
Неверующие говорят: "Это — всего лишь ложь, которую он выдумал с помощью других людей". Воистину, они поступают несправедливо и лгут.
Ələddin Sultanov:
Kafirlər: “Bu (Quran), onun (Mühəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar.
Kerbelayi Malik ağa:
Kafirlər: ‘Bu (Quran) yalnız onun uydurduğu bir yalandır. Ona bu işdə digər qövmlər də kömək etdi.’ dedilər. Beləcə onlar böhtan və zülmə yol verdilər.
Ələsgər Musayev:
Dedi o kəslər ki, kafirdirlər: «Bu ancaq yalandır, onu iftira edir və axır qoum ona köməklik edir!» Fəqət zülm və zorla gəldilər!
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər dedilər: «Bu (Qur’an), onun (Muhəmmədin (s) ) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir.» Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar.
Kövsər Tağıyev:
İnkar edənlər: “Bu Qur`an Muhammədin uydurduğu bir yalandan başqa bir şey deyil. Başqa bir tayfa da bu barədə ona yardım etmişdir”, – dedilər. Beləliklə, onlar haqsız və əsilsiz bir söz uydurdular.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər: "Bu, onun uydurduğu yalandan başqa bir şey deyildir və bunda ona başqa adamlar da kömək ediblər." -deyərək beləcə haqsızlığa və təhrifə yol verdilər.
Sabirə Dünyamalıyeva:
Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilərək inkar edən kəslər], "Bu Quran, onun/Məhəmmədin uydurduğu yalandan başqa bir şey deyil. Ona başqa bir dəstə də bunun üçün kömək etmişdir" dedilər. Beləliklə onlar həqiqətən haqsızlıq etdilər və əsassız bir iddia gətirdilər.