Rum Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;
Bünyadov-Məmmədəliyev:
Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;
Elmir Quliyev :
через несколько (от трех до девяти) лет. Аллах принимал решения до этого и будет принимать их после этого. В тот день верующие возрадуются
Ələddin Sultanov:
Özü bir neçə il ərzində. (Onların bu məğlubiyyətindən) əvvəl də, sonra da əmr Allahındır. O gün möminlər sevinəcəklər,
Kerbelayi Malik ağa:
Bir neçə (3 ilə 9) il içində. Bundan əvvəl də, sonra da əmr Allahındır. O gün möminlər sevinəcəklər.
Ələsgər Musayev:
bir neçə ildən sonra. Allah üçündür əmrlər bundan qabaq bundan sonra. O gün fərəhlənər inananlar
A.Mehdiyev və D.Cəfərli:
(Gələcəkdə) bir neçə il ərzində. (Aləmin idarə olunma) iş(i) ondan (o qələbədən) öncə ondan sonra (bütün aləmdə olan nüfuzlu) əmr Allaha məxsusdur o gün möminlər (müsəlmanlar) sevinəcəklər;
Kövsər Tağıyev:
məğlubiyyətlərindən sonra bir neçə il içində Əvvəl də, sonra da əmr Allahındır. O gün Allahın (Rumlara) zəfər verməsi ilə möminlər sevinəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
bir neçə ildən sonra. Əvvəl də, sonra da hökm Allahındır o günü möminlər sevinəcəklər
Sabirə Dünyamalıyeva:
Bundan əvvəl sonra hökm Allahındır. o gün möminlər, Allahın köməyiylə sevinəcəklər.