Əlixan Musayev:
Əgər onlar səni yalançı hesab etsələr, (bil ki,) səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.
Bünyadov-Məmmədəliyev:
Əgər (bu müşriklər) səni təkzib etsələr (heç ürəyini sıxma). Səndən əvvəl də peyğəmbərlər təkzib olunmuşdu. Bütün işlər (axırda) ancaq Allaha qayıdacaqdır (qaytarılacaqdır)! (Təkzib edənlərə cəza veriləcək, təkzib olunanlara isə yardım göstəriləcəkdir!)
Elmir Quliyev
:
Если они сочтут тебя лжецом, то ведь до тебя посланников также считали лжецами. Но дела возвращаются к Аллаху.
Ələddin Sultanov:
Əgər səni yalanlayırlarsa, bil ki, səndən əvvəlki peyğəmbərlər də təkzib edilmişdilər. Bütün işlər Allaha qaytarılacaqdır.
Kerbelayi Malik ağa:
Əgər səni yalanlayırlarsa, səndən əvvəlki rəsullar da yalanlanmışdı. Əmrlər (bütün işlər) Allaha döndərilir.
Ələsgər Musayev:
Əgər səni yalançı saysalar, fəqət yalançı saymışdılar
səndən qabaqkı rəsulları və Allaha tərəfdir qayıdışı əmrlərin.
A.Mehdiyev və D.Cəfərli:
Əgər səni təkzib etsələr (qəmgin olma), həqiqətən, səndən öncə də peyğəmbərlər təkzib olunmuşdur. (Mükafata və cəzaya layiq olan) bütün işlər (axirət günündə) Allaha tərəf qaytarılacaqdır.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Əgər səni yalançı sayırlarsa, bil ki, səndən əvvəl də neçə-neçə peyğəmbərlər yalançı sayılmışdır. Bütün işlər ancaq Allaha döndərilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar səni yalançı hesab edirlərsə (bil ki,) səndən əvvəlki peyğəmbərlər də yalançı hesab olunublar. Bütün işlər Allaha qayıdır.
Sabirə Dünyamalıyeva:
Və əgər onlar səni yalan sayırsa, mütləq səndən əvvəl də elçilər yalançı sayılmışdı. Və işlər yalnız Allaha qaytarılacaq.