Əlixan Musayev:
Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün (Allahın birliyinə, qüdrət və əzəmətinə, qiyamət gününün haqq olmasına dəlalət edən) əlamətlər vardır.
Elmir Quliyev
:
В сотворении вас и живых тварей, которых Он расселил, есть знамения для людей убежденных.
Ələddin Sultanov:
Sizin yaradılışınızda və (yer üzünə) yaydığı canlılarda da yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
Kerbelayi Malik ağa:
Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı heyvanlarda yəqin sahibi qövm üçün ayələr (dəlillər) vardır.
Ələsgər Musayev:
Sizin xəlq olunmağınızda və canlıların dirilərək qaldırılmasında
ayətlər var yəqinliyi olan qoum üçün.
A.Mehdiyev və D.Cəfərli:
Və həmçinin sizin özünüzün yaradılışınızda və (bütün aləmdə) yaydığı canlılarda (bədənlərinin və ruhlarının fərqliliyi və ruhlarının bədənlərlə əlaqəsi baxımından) yəqini olan bir dəstə üçün nişanələr vardır.
Kövsər Tağıyev:
Sizin yaradılışınızda və Allahın (yer üzünə) yaydığı hər bir canlıda da yəqinliklə inanan bir qövm üçün, əlbəttə, neçə-neçə dəlillər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizin xəlq olunmağınızda və yer üzünə səpələdiyi heyvanların yaradılmasında inam bəsləyən adamlar üçün ayələr vardır,
Sabirə Dünyamalıyeva:
Və sizin yaradılışınızda və əmələ gətirib yaydığı kiçik-böyük bütün canlılarda da tam yəqinliklə inanan bir qövm üçün işarətlər/nişanələr vardır.