Məhəmməd Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin). Bax belə! Əgər Allah istəsəydi, onlardan (döyüşsüz də) intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.
Elmir Quliyev :
Когда вы встречаетесь с неверующими на поле боя, то рубите головы. Когда же вы ослабите их, то крепите оковы. А потом или милуйте, или же берите выкуп до тех пор, пока война не сложит свое бремя. Вот так! Если бы Аллах пожелал, то отомстил бы им сам, но Он пожелал испытать одних из вас посредством других. Он никогда не сделает тщетными деяния тех, кто был убит на пути Аллаха.
Ələddin Sultanov:
Müharibədə kafirlərlə qarşılaşdığınızda onların boyunlarını vurun! Nəhayət, onları məğlub etdiyiniz zaman əsirləri kəndirlə möhkəm bağlayın! Müharibə qurtardığı zaman ya əvəzsiz, ya da fidyə qarşılığında (əsirləri azad edin). Budur! Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
Kerbelayi Malik ağa:
Artıq kafirlərlə qarşılaşdığınız zaman onları zəiflədənə qədər boyunlarını vurun. (Əsirləri) kəndirlə möhkəm bağlayın. Nəhayət döyüş bitdikdə onları istər lütf olaraq (qarşılıqsız) ya fidyə alaraq azad edin. Bax belə. Əgər Allah diləsəydi, əlbəttə onlardan intiqam alardı. Lakin (bu) sizin bir qisminizi digər bir qisimlə imtahan etmək üçündür. Onlar ki, Allah yolunda öldürülənlərdir, o təqdirdə onların əməlləri puç olmaz.
Ələsgər Musayev:
Onda ki, siz görüşürsünüz o kəslərlə ki, kafirdirlər, boynundan zərbə ilə vurun, ta onda ki, ayaqdan düşdülər şiddətli bağlayın vaxt ki, minnət sonra vaxt ki, fidyə. Ta hərb yüklərini qoya. Belə! Əgər istəsəydi Allah yardım edərdi onlardan. Lakin sınamaq üçün bəzinizi bəzisi ilə. O kəsləri ki, Allah yolunda qətlə yetirirlər, heç vaxt O zay etməz onların əməllərini.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə kafirlərlə (müharibədə) qarşılaşan zaman onların boyunlarını vurun (ilk öldürməkdir). Nəhayət elə ki, onları möhkəm qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun yaxud fidyə (onun əvəzində mal əsir) alın ki, müharibə, silahını yerə qoysun yatsın. Budur (Allahın əmri). Əgər Allah istəsəydi onlardan Özü intiqam alardı. Lakin sizin bəzinizi digər bəziniz ilə (möminləri kafirlərlə kafirləri möminlərlə) sınamaq üçün (belə edir). Allah yolunda öldürülmüş kəslərin əməllərini (Allah) əsla itirmir (və onlara çoxlu mükafat verir).
Kövsər Tağıyev:
(Döyüşdə) inkar edənlərlə qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub edib ələ keçirdikdə bağı sıx bağlayın (sağ qalanları əsir alın). Artıq bundan sonra (əsirləri) ya təmənnasız ya da fidyə qarşılığında sərbəst buraxın. Savaş sona çatana qədər hökm budur. Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin sizi bir-birinizlə sınamaq üçün belə edir. Allah yolunda öldürülənlərə gəlincə Allah onların əməllərini əsla hədər etməyəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərlə rastlaşanda onların boynunu vurun. Onları əzişdirib məğlub etdikdə isə (əsir alıb) əl-ayaqlarını bağlayın. Sonra ya rəhm edib əvəzsiz, ya da fidyə [əvəz] alıb onları buraxın. Müharibə öz yüklərini [düşmən öz silahını] yerə qoyana qədər (kafirlərlə belə rəftar edin). Bax belə! Əgər Allah istəsəydi, (döyüşsüz də) onlardan intiqam alardı. Lakin O, sizi bir-birinizlə sınamaq üçün (belə etdi). Allah Onun yolunda öldürülənlərin əməllərini heç vaxt puç etməz.
Sabirə Dünyamalıyeva:
Artıq, Allahın məbud rəbb olduğuna inanmayan kəslərlə qarşılaşdığınız/döyüşdüyünüz zaman, dərhal boyunları vurmaq.../ölümünə döyüşün. Sonra onlara üstün gəldiyiniz zaman, dərhal bağı möhkəm bağlayın/möhkəm qərarlar qəbul edin. Sonra hərb; darmadağın etmək işi başa çatdıqda, onları ya məccani, ya da fidyə alaraq azad edin. Bax belə! Əgər Allah istəsəydi, əlbəttə, onları cəzalandırıb ədaləti təmin edərdi. Lakin belə olması, sizi biri-birinizlə imtahana çəkmək üçündür. Allah yolunda öldürülən/öldürən/döyüşən kəslərə gəldikdə; Allah onların əməllərini əsla puç etməz.