Hucurat Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, səni otaqların arxasından səsləyənlərin əksəriyyəti (nə etdiklərini) anlamırlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!
Elmir Quliyev :
Воистину, большинство из тех, которые зовут тебя из-за пределов комнат, не разумеют.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir. (Təfsirlərdə qeyd olunan bir rəvayətə görə, Üveynə ibn Hisn Əqrə ibn Habis Təmim oğullarından yetmiş nəfərlik bir heyətlə günorta vaxtı Həzrət Peyğəmbərin yanına gəlmişdilər. Həzrət Peyğəmbər öz evində yatdığı bir əsnada onlar: “Ey Mühəmməd, çölə çıx, yanımıza gəl!” - deyə qışqırmışdılar. Yuxarıdakı ayə belə davranışların doğru olmadığını bildirir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sənə otaqların arxasından səslənənlərin çoxu anlamazlar.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, səni hücrələr arxasından çağırırlar, əksəriyyəti onların əql etmirlər!
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Səni otaqlarının arxasından çağıranların çoxu (sənin hörmətini saxlamadıqlarını) başa düşmürlər.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Otaqların arxasından sənə bağıranlar ki var, onların çoxu düşünməyən kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Səni hücrələrin arxasından çağıranların çoxu (nə etdiyini) anlamır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, səni otaqların arxa tərəfindən çağıran kəslər [ki var]; onların çoxu ağıllı görmürlər.