Maidə Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin (ova göndərərkən) onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin ona görə (təlim etdiyiniz heyvan quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!
Elmir Quliyev :
Они спрашивают тебя о том, что им дозволено. Скажи: "Вам дозволено благое. А то, что поймали для вас обученные вами хищники, которых вы обучаете из того, чему обучил вас Аллах, ешьте и поминайте над этим имя Аллаха. Бойтесь Аллаха, ведь Аллах скор в расчете.
Ələddin Sultanov:
Onlar səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Təmiz yaxşı nemətlər sizə halal edilmişdir. Allahın sizə öyrətdikləri sayəsində əhliləşdirib ov etməyi öyrətdiyiniz yırtıcı heyvanların sizin üçün tutduqlarından da yeyin üzərinə Allahın adını (Bismillah) deyin! Allahdan qorxun! Şübhəsiz ki, Allahın haqq-hesabı sürətlidir.
Kerbelayi Malik ağa:
Sənə özləri üçün nələrin halal qılındığını soruşurlar. De ki; ‘Sizin üçün təmiz yaxşı şeylər halal qılındı. Allahın sizə öyrətdiyini onlara öyrədərək əhliləşdirdiyiniz ovçu heyvanların sizin üçün tutub gətirdiklərini yeyin üzərində Allahın adını çəkin. Allaha qarşı təqva sahibi olun. Şübhəsiz ki, Allah hesabı tez görəndir.’
Ələsgər Musayev:
Səndən sual edirlər onlar üçün halaldır? De: «Halaldır sizin üçün təmiz pak olanlar ov itləri kimi təlim görmüş vəhşi heyvanların sikarı ki, siz onları Allah sizə verən təlimatdan öyrədibsiniz onlar şikarı tutub saxlayırlar. O şikarları Allahın ismini yad etməklə yeyin Allahdan qorxun. Həqiqətən, Allah sürətli hesab çəkəndir!
A.Mehdiyev və D.Cəfərli:
Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz Allah tez hesab çəkəndir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Səndən, onlara nəyin haram buyurulduğunu soruşurlar. De ki: “Sizə təmiz gözəl olan şeylər, bir Allahın sizə verdiyi bacarıqlarla öyrədib əhliləşdirdiyiniz ov heyvanlarının tutduğu (ovlar) halal buyuruldu. Onların sizin üçün tutduqlarından yeyin. Onu (ov etməsi üçün) sərbəst buraxarkən Allahın adını anın (bəsmələ çəkin). Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allah tez hesaba çəkəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən nəyin onlara halal edildiyini soruşarlar. De: “Pak nemətlər Allahın sizə öyrətdiyi şeylərdən öyrədərək ov üçün təlim verdiyiniz heyvanların (ovladıqları) sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin. (Onları ova göndərərkən) onların üzərində Allahın adını zikr edin. Allahdan qorxun! Həqiqətən Allah tez haqq-hesab çəkəndir.
Sabirə Dünyamalıyeva:
Səndən soruşurlar ki, onlara halal edilib. De ki: "Sizə yaxşı təmiz şeylər Allahın sizə öyrətdiyindən təlim keçərək əhliləşdirdiyiniz ovçu heyvanların ovları halal edildi." Onların sizin üçün tutduqlarından yeyin üstündə Allahın adını çəkin Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah çox tez haqq-hesab çəkəndir.