Qaf Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!
Elmir Quliyev :
Мы знаем, что земля отнимает от них, и у Нас есть сохраняющее (или хранимое) Писание.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz torpağın onlardan nələri əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyub saxlayan bir Kitab vardır.
Kerbelayi Malik ağa:
Yerin (torpağın) onlardan nələri əksildəcəyini biz bilirdik. Dərgahımızda mühafizə edən bir kitab vardır.
Ələsgər Musayev:
Əlbəttə, bilirik Biz ki, ərz alır onlardan yanımızda kitab var hifz edən.
A.Mehdiyev və D.Cəfərli:
(Heç uzaq deyil! Çünki) şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını (qəbir) torpağın(ın) onların cəsədlərindən nəyi əskiltdiyini (əzəldən) bilirik. Çünki Bizim yanımızda (varlıq aləminin hadisələrini) qoruyan (hər bir hadisə dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır.
Kövsər Tağıyev:
Şübhəsiz, biz torpağın onlardan nələr apardığını bilirik. Yanımızda (o bilgiləri) qoruyan bir kitab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz yerin onlardan nəyi əskildib aldığını bilirik. Bizdə (hər şeyi) hifz edən bir kitab [Lövhü-Məhfuz] vardır.
Sabirə Dünyamalıyeva:
Biz, yerin onlardan nəyi əskiltdiyini əlbəttə bilirik. Bizim yanımızda çox yaxşı qeyd edib qoruyan bir kitab var.