Əlixan Musayev:
Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!
Elmir Quliyev
:
Он — Тот, Кто сотворил небеса и землю за шесть дней, а затем вознесся на Трон (или утвердился на Троне). Он знает то, что проникает в землю, и то, что выходит из нее, и то, что нисходит с неба, и то, что восходит к нему. Он с вами, где бы вы ни были. Аллах видит все, что вы совершаете.
Ələddin Sultanov:
Göyləri və yeri altı gündə yaradan, sonra ərşə istiva edən Odur. O, yerə batanı da, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. Harada olursanız olun, O sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür.
Kerbelayi Malik ağa:
Göyləri və yeri 6 gündə yaradan Odur. Sonra ərşə yüksəldi. Yerə girəni və ondan çıxanı və səmadan enəni və oradan yüksələni bilir. Siz harada isəniz O, sizinlə bərabərdir. Allah sizin etdiklərinizi ən yaxşı görəndir.
Ələsgər Musayev:
O – Odur ki, xəlq etdi səmaları və ərzi altı gündə, sonra ərş
üzərində möhkəmləndi. O bilir nə cövlan edir ərzdə və nə xaric
olur ondan və nə nazil olur səmadan və nə qalxır orada. O
sizinlədir harada oldunuz. Allah nə ilə ki, əməldəsiniz,
Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir. Allah etdiklərinizi görəndir.
Kövsər Tağıyev:
O, göyləri və yeri altı gündə (altı mərhələdə) yaradan, sonra Ərşin üzərində bərqərar olandır. Yerə girəni, ondan çıxanı, göydən enəni, oraya yüksələni bilir. Harada olsanız, O sizinlə bərabərdir. Allah bütün etdiklərinizi haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göyləri və yeri altı gündə yaradan, sonra ərşdə qərar tutub hökm verən Odur. O, yerə girən və oradan çıxanlan da, səmadan enən və oraya qalxanları da bilir. Harada olsanız, O, sizinlədir. Allah tutduğunuz işləri yaxşı görəndir!
Sabirə Dünyamalıyeva:
O, göyləri və yeri altı mərhələdə meydana gətirən, sonra ən böyük taxt üzərində hakimiyyət quran, yerə girəni, yerdən çıxanı da, göydən enəni, ona çıxanı biləndir. Və harada olsanız olun, O, sizinlədir. Və Allah sizin etdiklərinizi ən yaxşı görəndir.