Mücadilə Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Buna imkan) tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!
Elmir Quliyev :
Если кто-либо не сможет сделать этого, то он должен поститься в течение двух месяцев без перерыва прежде, чем они прикоснутся друг к другу. А кто не способен на это, тому надлежит накормить шестьдесят бедняков. Это делается для того, чтобы вы уверовали в Аллаха и Его Посланника. Таковы ограничения Аллаха, а для неверующих уготованы мучительные страдания.
Ələddin Sultanov:
Kim (bunu etməyə imkan) tapmazsa, (öz qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay arxa-arxaya oruc tutmalıdır. Kimin buna gücü çatmazsa, altmış fağırı doydurmalıdır. Bu, Allaha Onun Peyğəmbərinə iman gətirdiyinizə görədir. Bunlar Allahın hüdudlarıdır (hökmləridir)! Kafirlər üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Artıq kim (azad edəcək kölə) tapa bilməzsə, o təqdirdə (zövcələri ilə) yaxınlıq etmədən əvvəl iki ay ard-arda oruc tutsun. Lakin kimin (oruca) gücü çatmazsa, o zaman altmış miskini (çalışmaqdan aciz, yaşlı kimsəni) doyursun. Bu, Allaha Onun Rəsuluna iman etdiyiniz üçündür. Bu, Allahın həddidir kafirlər üçün ağrılı-acılı əzab vardır.
Ələsgər Musayev:
Kim tapmasa, qadını ilə təmasda olmamışdan qabaq iki şəhr dalbadal oruc tutmalıdır. Kim bunu bacarmasa, onda altmış nəfər miskinə təam verməlidir. Bu, inanmanız üçündür Allah ilə Onun rəsulu ilə. Bu, hüdududur Allahın. Kafirlər üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Kim (azad etməyə qul) tapmazsa, həmin zövcəsi ilə təmasda olmazdan öncə onun iki ay dalbadal oruc tutması vacibdir. (Oruc tutmağa da) qadir olmayan bir kəs altmış fəqiri doyuzdurmalıdır. Bu, Allaha Onun Rəsuluna iman gətirməniz (və cahiliyyət adətlərindən əl çəkməniz) üçündür. Bunlar Allahın hüdudları hökmləridir. Kafirlər üçün ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Kim (kölə azad etmə imkanı) tapa bilməsə, zövcəsi ilə yaxınlıq etməzdən əvvəl ard-arda iki ay oruc tutmalıdır. Kimin buna gücü çatmasa, altmış yoxsulu doyurmalıdır. Bunlar Allaha Rəsuluna haqqı ilə iman etməniz üçündür. Bunlar Allahın hədləridir. Kafirlər üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim (kölə) tapmasa, onda arvadı ilə təmasdan əvvəl iki ay fasiləsiz oruc tutmalıdır. Kim bunu da edə bilməsə, onda altmış yoxsulu yedirtməlidir. Bu, Allaha Onun peyğəmbərinə iman gətirməniz üçündür. Bu, Allahın qoyduğu hədlərdir. Kafirlər üçün isə üzücü bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Kim bu imkanı tapa bilməsə, cinsi əlaqəyə girməmişdən dərhal əvvəl, fasiləsiz olaraq iki ay oruc tutmalıdır. Kimin ki, [buna] gücü çatmasa, altmış yoxsulu-işsizi yiyeceklendirmelidir. Bu, Allaha Elçisinə inanmağınız üçündür. bunlar, Allahın hədləridir. Kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün çox ağrılı bir əzab var.