Əlixan Musayev:
Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!
Elmir Quliyev
:
Потом взгляни еще раз и еще раз, и твой взор вернется к тебе униженным, утомленным.
Ələddin Sultanov:
Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcəkdir.
Kerbelayi Malik ağa:
Sonra yenə iki dəfə gözünlə bax. Gözlərin aciz və yorğun olaraq sənə (geri) dönər.
Ələsgər Musayev:
Sonra baxışlarını döndərib iki dəfə bax. Gözlərin qapanaraq,
yorğun halda bir daha sənə tərəf qayıdacaqdır.
A.Mehdiyev və D.Cəfərli:
Sonra bir daha (varlıq aləminə) bax. (Qəlbinin) göz(ü) (yaradılışda bir nöqsan və çatışmazlığı tapmaqdan) aciz qalıb sənə tərəf qayıdacaqdır.
Kövsər Tağıyev:
Sonra təkrar-təkrar bax, baxışların (axtardığı çatlağı və nizamsızlığı tapa bilməyib) aciz və yorğun halda sənə qayıdacaq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra iki dəfə də daha göz gəzdir. Göz zəifləmiş və yorğun halda özünə tərəf dönər.
Sabirə Dünyamalıyeva:
Sonra gözünü iki dəfə daha çevir. Gözün, aciz və çox yorğun halda sənə qayıdacaqdır.