Əlixan Musayev:
Biz neçə-neçə kəndləri məhv etdik. Əzabımız onlara gecə ikən və ya günor-ta çağı yatıb istirahət etdikləri vaxt gəldi.
Bünyadov-Məmmədəliyev:
Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı (istirahət edərkən) gəldi.
Elmir Quliyev
:
Сколько же селений Мы погубили! Наше наказание поражало их ночью или во время полуденного отдыха.
Ələddin Sultanov:
Biz neçə-neçə məmləkətləri məhv etdik. Beləcə, əzabımız onlara gecə, yaxud gündüz istirahət edərkən gəlmişdi. (Allah Lut peyğəmbərin qövmünü gecə, Şüeyb peyğəmbərin qövmünü isə gündüz vaxtı məhv etmişdir.)
Kerbelayi Malik ağa:
Neçə-neçə ölkələri məhv etdik. Artıq əzabımız onlara gecə və ya onlar günorta yatarkən gəldi.
Ələsgər Musayev:
Nə qədər diyarlardan həlak etdik oranı, gəldi oraya basqımız yatarkən, ya onlar qail idilər.
A.Mehdiyev və D.Cəfərli:
Nə çox insan cəmiyyətləri ki, Biz onları həlak etdik. Bizim əzabımız onlar gecə rahatlığında və ya günorta istirahətində olarkən onlara yetişdi.
Kövsər Tağıyev:
Neçə-neçə məmləkətləri həlak etdik. Əzabımız onlara gecə yuxusuna dalmışkən, yaxud gündüz istirahət edərkən yetişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Gör nə qədər məmləkət məhv etmişik! Qəzəbimiz onlara gecə ikən və ya günorta yuxusu vaxtı gəldi.
Sabirə Dünyamalıyeva:
Və Biz, neçə şəhərləri dəyişikliyə, məhvə məruz qoyduq. Əzabımız bəzilərinə gecə yatarkən, bəzilərinə də gündüz dincələrkən gəlmişdi.