Əlixan Musayev:
(Belə etsəniz,) O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın (müəyyən etdiyi) vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”
Bünyadov-Məmmədəliyev:
(Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”
Elmir Quliyev
:
Он простит вам ваши грехи и предоставит вам отсрочку до назначенного срока. Воистину, когда срок Аллаха наступает, он уже не откладывается. Если бы вы только знали!"
Ələddin Sultanov:
Allah sizin günahlarınızın bir qismini bağışlasın və müəyyən bir vaxta qədər sizə möhlət versin. Şübhəsiz ki, Allahın təyin etdiyi vaxt (ölüm) gəldiyi zaman o təxirə salınmaz. Kaş bunu biləydiniz”.
Kerbelayi Malik ağa:
(Allah da) sizin günahlarınızı məğfirət etsin və sizə təyin olunmuş bir zamana qədər möhlət versin (ömür versin)! Şübhəsiz ki, Allahın əcəli (onun təyin etdiyi an) gəlincə təxirə salınmaz. Kaş ki, siz bilmiş olsaydınız.
Ələsgər Musayev:
Bağışlar
sizi O günahlarınızdan və təxirə salar sizin üçün tərəfinə əcəlin
toxunanın. Həqiqətən, Allahın əcəli onda ki, gəldi, təxirə
salınmaz, əgər bilsəydiniz!»
A.Mehdiyev və D.Cəfərli:
«(Belə edin ki,) O, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək (hər bir canlı üçün qaçılmaz olan əcələdək) möhlət versin (və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin), həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz».
Kövsər Tağıyev:
sizin günahlarınızı bağışlasın və sizə müəyyən bir vaxta qədər möhlət versin. Şübhəsiz, Allahın təyin etdiyi vaxt yetişdikdə təxirə salınmaz. Kaş biləydiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onda O, günahlarınızı sizə bağışlar və müəyyən olunmuş vaxta qədər sizə möhlət verər. Allahın müəyyən etdiyi vaxt gələrsə, onu yubatmaq olmaz. Kaş biləydiniz."
Sabirə Dünyamalıyeva:
günahlarınızı bağışlasın və sizə müəyyən bir müddətin sonuna qədər möhlət versin. Şübhəsiz ki, Allahın nizamladığı/təyin etdiyi müddətin sonu gəldikdə, artıq təxirə salınmaz. Kaş biləydiniz."