Təkvir Surəsi 4. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
boğaz dəvələr başlı-başına qalacaqları zaman,
Bünyadov-Məmmədəliyev:
(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
Elmir Quliyev :
когда верблюдицы на десятом месяце беременности останутся без присмотра,
Ələddin Sultanov:
On aylıq boğaz dəvələr başlı-başına buraxılacağı zaman,
Kerbelayi Malik ağa:
Boğaz dəvələr tərk edildiyi zaman.
Ələsgər Musayev:
onda ki, on şəhrlik hamilə dəvələr sahibsiz qalar
A.Mehdiyev və D.Cəfərli:
(O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı başına buraxılıb sahibsiz qalacağı zaman,
Kövsər Tağıyev:
Boğaz dəvələr başlı-başına buraxıldığı zaman,
M.Qənioğlu və T.Bilaloğlu:
on aylıq boğaz dəvələr başlı-başına buraxılanda,
Sabirə Dünyamalıyeva:
Mənfəətlər ən yaxşı gəlir mənbələri işə yaramayanda,