Əlixan Musayev:
Biz insanı ən gözəl surətdə yaratdıq!
Bünyadov-Məmmədəliyev:
Biz insanı ən gözəl biçimdə yaratdıq!
Elmir Quliyev
:
Мы сотворили человека в прекраснейшем облике.
Ələddin Sultanov:
Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz insanın nəfsini əhsəni təqvim içində (nəfsini islah edib və saleh əməl (nəfsi islahedici əməl) işləyərək ən gözələ-salaha çata biləcək xüsusiyyətdə) yaratdıq.
Ələsgər Musayev:
Əlbəttə, xəlq etdik Biz insanı gözəl biçimdə,
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).
Kövsər Tağıyev:
Biz, həqiqətən, insanı ən gözəl bir biçimdə yaratdıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz insanı ən gözəl bir surətdə xəlq etdik.
Sabirə Dünyamalıyeva:
Həqiqətən Biz, insanı ən gözəl biçimdə əmələ gətirdik,