Əlixan Musayev:
Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra ayrıldılar.
Bünyadov-Məmmədəliyev:
Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).
Elmir Quliyev
:
Те, кому было даровано Писание, распались только после того, как к ним явилось ясное знамение.
Ələddin Sultanov:
Kitab verilənlər onlara yalnız açıq-aydın dəlil (son peyğəmbər) gəldikdən sonra parçalandılar.
Kerbelayi Malik ağa:
Kitab əhli olanlar özlərinə ancaq bəyyinələr gəldikdən sonra firqələrə ayrıldılar.
Ələsgər Musayev:
Təfriqə etmədilər o kəslər ki, əta olunmuşdu
kitab, ancaq ondan sonra ki, gəldi onlara bəyanat.
A.Mehdiyev və D.Cəfərli:
Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).
Kövsər Tağıyev:
Kitab verilənlər ancaq özlərinə o açıq-aydın dəlil gəldikdən sonra təfriqəyə düşdülər.
M.Qənioğlu və T.Bilaloğlu:
Özlərinə Kitab bəxş olunanlar yalnız onlara aydın dəlil gəldikdən sonra ayrıldılar.
Sabirə Dünyamalıyeva:
Və Kitab verilən o kəslər, ancaq özlərinə açıq dəlil gəldikdən sonra ixtilafa düşdülər.