Əlixan Musayev:
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların )hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Əslində), onunla birlikdə az adam iman gətirmişdi.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman (Nuha) dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə (tayfasından) çox az adam iman gətirmişdi.
Elmir Quliyev
:
А когда явилось Наше веление и разразилась потоком печь, Мы сказали: "Погрузи на него от каждого вида по паре и свою семью, за исключением тех, о которых уже было сказано Слово, а также тех, кто уверовал". Но уверовали вместе с ним лишь немногие.
Ələddin Sultanov:
Nəhayət, əmrimiz gəlib yer üzünü su basdığı zaman Nuha dedik: “Heyvanların hər birindən bir cüt, (boğulacaqlarına dair) hökm verilmiş kimsələr istisna olmaqla, ailəni və iman gətirənləri gəmiyə mindir!” Onunla birlikdə çox az insan iman gətirmişdi.
Kerbelayi Malik ağa:
Əmrimiz gəlincə, tənnur qaynadı. ‘O zaman haqqlarında söz keçmiş olanlar (boğulacaqların sözü: ayə-37) xaric, ailəni, amənu olanları və hər şeydən bir cüt olmaqla onun içinə mindir.’ dedik. Onunla birlikdə az adam amənu oldu.
Ələsgər Musayev:
Ta onda ki, gəldi əmrimiz, fəvvarə tənur etdi, dedik Biz:
«Yüklə ona küllisindən iki cütnən ikisini və öz əhlini - ancaq o
kəsdən başqa ki, əvvəlcədən əzab onun üçün qərara alındı - və
bir də o kəsləri ki, səninlə iman gətiriblər!» Ancaq onunla iman
gətirənlər çox az idi.
A.Mehdiyev və D.Cəfərli:
(Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir». Və onunla (qövmünün) çox az bir qismindən başqa (heç kəs) iman gətirməmişdi.
Kövsər Tağıyev:
Nəhayət, əmrimiz gəlib təndir qaynamağa başlayınca (sular aşıb daşdığı zaman) Nuha dedik ki: “Hər növ canlıdan (erkək və dişi olmaqla) bir cüt, bir də haqlarında daha əvvəl hökm verilmiş kəslər xaric, ailəni və iman edənləri ona yüklə”. Amma onunla birlikdə çox az adam iman etmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Əmrimiz gəlib təndirdən [yerdən] su qaynayıb fəvvarə vuranda [yer üzünü su basanda] Biz dedik: "Hər (heyvandan) oraya bir cüt [erkək və dişi], haqqında əvvəl danışılmış kəslərdən başqa öz ailəni və iman gətirənləri mindir." Onunla birlikdə isə azacıq adam iman gətirmişdi.
Sabirə Dünyamalıyeva:
Nəhayət əmrimiz gəldiyi və iş qızışdığı zaman Biz dedik ki: "Hər növdən bir cütü və əleyhinə hökm verilmiş olanların xaricində ailə üzvlərini və iman gətirənləri onun içinə mindir." -Onsuz Onunla birlikdə çox az adam iman etmişdi.-