Nəhl Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz bir şeyi (yaratmaq) istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur.
Bünyadov-Məmmədəliyev:
Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar.
Elmir Quliyev :
Когда Мы хотим чего-либо, то стоит Нам сказать: "Будь!" как это сбывается.
Ələddin Sultanov:
Biz bir şeyi (yaratmaq) istədiyimiz zaman ona yalnız: “Ol!” deyərik, o da dərhal olar.
Kerbelayi Malik ağa:
Bir şeyin (olmasını) istədiyimiz zaman Bizim sözümüz, ona yalnız: ‘Ol!’ deməkdir. O, dərhal olar.
Ələsgər Musayev:
Həqiqətən, Bizim sözümüz, onda ki, bir şey üçün iradə edək, deyirik ona: «Ol!» olur.
A.Mehdiyev və D.Cəfərli:
(Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o (dərhal) olur.
Kövsər Tağıyev:
Biz bir şeyin olmasını istədiyimiz zaman ona sözümüz sadəcə “Ol!” deməyimizdir. O da dərhal olar.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bir şey istədikdə, onun üçün sözümüz: "Ol!" - deməkdir o da dərhal olar.
Sabirə Dünyamalıyeva:
Biz bir şeyi dilədiyimiz zaman, Bizim ona sözümüz yalnız "Ol!" deməkdir. O da dərhal olar.