Əlixan Musayev:
ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, (sənin )(bağına) isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün.
Bünyadov-Məmmədəliyev:
Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar (sürüşkən, ayaq basılası mümkün olmayan, heç bir şey bitməyən qupquru) bir yer olsun!
Elmir Quliyev
:
а ведь мой Господь может даровать мне то, что лучше твоего сада, и наслать на него наказание с неба, и тогда он превратится в скользкую землю.
Ələddin Sultanov:
Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını verər, sənin bağına da göydən ildırımlar göndərər və beləcə, o, qupquru bir torpaq halına düşər.
Kerbelayi Malik ağa:
Bəlkə Rəbbim mənə sənin bağçandan daha xeyirlisini verər. Onun (sənin bağçanın) üzərinə səmadan bəlalar göndərər. Beləcə sürüşkən bir torpaq halına gələr.
Ələsgər Musayev:
ola bilsin ki,
Rəbbim sənin bağından xeyirlisini mənə versin və sənin bağına
səmadan bəla göndərsin və sübh çağı görəsən ki, ərzlə bərabər
olub,
A.Mehdiyev və D.Cəfərli:
«Ola bilsin Rəbbim (dünyada, ya axirətdə) mənə sənin bağından daha yaxşısını əta etsin və göydən sənin bağına (məhv edən) dolular göndərsin, nəticədə o, otsuz və sürüşkən hamar bir torpağa çevrilsin.»
Kövsər Tağıyev:
Əgər mənim malımı və övladlarımı özününkülərdən az görürsənsə, ola bilər ki, Rəbbim mənə sənin bağından daha yaxşısını verər. Səninkinə isə göydən bir fəlakət endirər, beləliklə o, qupquru, əkinə əlverişsiz bir yer olar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən də öz bağına daxil olan zaman gərək deyəydin: "Maşallah! [Nəyi ki, Allah istəyir!] Qüdrət yalnız Allahındır". Əgər sən dövlətcə və övladca məni (indi) özündən kasıb görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından da yaxşısını versin, oraya isə göydən bəla [dolu, xəstəlik] endirsin və o, ayaqdəyməz bir təpə olsun,
Sabirə Dünyamalıyeva:
Sən hər nə qədər məni, mal-dövlət və övlad baxımından özündən aşağı görsən də, bəlkə Rəbbim mənə sənin bağından daha xeyirlisini verər.