Əlixan Musayev:
Yaxud (onların əməlləri) əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də (başqa) bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz.
Bünyadov-Məmmədəliyev:
Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.
Elmir Quliyev
:
Или же они подобны мраку в глубине морской пучины. Его покрывает волна, над которой находится другая волна, над которой находится облако. Один мрак поверх другого! Если он вытянет свою руку, то не увидит ее. Кому Аллах не даровал света, тому не будет света.
Ələddin Sultanov:
Yaxud (o kafirlərin əməlləri) dərin bir dənizdəki qaranlığa bənzəyər. (Elə bir dəniz ki,) onu dalğa üstünə dalğa örtər. Onun da üstündən bir bulud! Bir-birinin üstündəki qaranlıqlar! O, əlini çıxartsa, az qala onu görməz. Allah bir kimsəyə nur (hidayət) verməyibsə, artıq onun nuru (hidayətdən nəsibi) yoxdur.
Kerbelayi Malik ağa:
Yaxud dərin dənizdəki qaranlıqlar kimidir. Onun üstünü dalğa üstünə dalğa örtər. Onun üzərində də buludlar vardır. Qaranlıq üstünə qaranlıqdır, əlini çıxartdığı zaman az qala onu görə bilmir. Allah kimə nur verməsə artıq onun üçün bir nur yoxdur.
Ələsgər Musayev:
Yaxud zülmət kimidir ki, dərin dəryalar altındadır. Dalğa dalğa üstündən onu örtər və onun üstündə qara bulud qərar tapar ki, zülmət üstündən zülmət artıra. Əgər əlini kənara çıxara, onu görə bilməz. Allah kimə nur etməsə, onun üçün nurdan yoxdur.
A.Mehdiyev və D.Cəfərli:
Yaxud (da kafirlərin şər əməlləri) dərin dənizdə üzərində daha bir dalğa olan dalğanın örtdüyü və onun da üstündə bir bulud olan qaranlıqlar(ın altda qalıb batan şəxsə nisbəti) kimidir. Bir-birinin üzərinə yığılmış qaranlıqlardır ki, əgər o, əlini çölə çıxar(araq gözünün qabağında tut)sa onu asanlıqla görməz. (Səhv inanclar, çirkin əxlaq və haram əməllər dünyada onun qəlbinin fəzasında, axirətdə isə başının üstündə duracaq zülmətlərdir.) Allahın nur vermədiyi kəsin heç vaxt nuru olmayacaqdır.
Kövsər Tağıyev:
Yaxud (inkarçıların küfr içindəki halları) dərin bir dənizdəki qaranlıqlar kimidir. (Elə bir dənizdir ki,) onu dalğa üstünə dalğa bürüyür, üstündə də buludlar var. Qaranlıqlar üstünə qaranlıqlar. İnsan əlini çıxarsa, az qala onu belə görə bilməz. Allah kimə nur verməzsə, onun nuru olmaz.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud üzərində buludlar olan dalğa üstündən dalğanın örtdüyü əngin dənizdəki zülmətə bənzəyir, bir-birinin üstündə olan elə zülmətlərə ki, (insan) əlini çıxararsa, demək olar ki, onu görməz. Allahın nur vermədiyi kəsin işığı olmaz.
Sabirə Dünyamalıyeva:
Yaxud çox dərin, əngin dənizdəki qatı zülmətinə bənzər; onu bir dalğanın üstündən daha bir dalğa örtər; üstündə də bulud var. Üst-üstə qaranlıqlar... Kimə, əlini çıxarıb uzatsa, az qala onu belə görə bilməz. Və Allah, kimə nur bəxş etməmişdirsə, artıq o kimsə üçün nurdan hər hansı bir pay yoxdur.