Əlixan Musayev:
(Məkkə müşrikləri) bəla yağmuru düşüb (viran qalmış) şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar.
Bünyadov-Məmmədəliyev:
(Qüreyş müşrikləri ticarət üçün Şama gedərkən) fəlakət yağışı yağmış şəhərə (vaxtilə Lut tayfasının yaşadığı Sədum şəhərinə) gəlib çatmışdılar. Məgər onu (o şəhərin başına nələr gəldiyini) görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar. (Özlərindən əvvəlki kafirlərin başlarına gətirdiyimiz müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də qiyamət barəsində şəkk-şübhə içindədirlər).
Elmir Quliyev
:
Они уже проходили мимо селения, на которое выпал недобрый дождь. Разве они не видели его? О нет! Они не надеялись на то, что будут воскрешены.
Ələddin Sultanov:
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayədə Məkkəli müşriklərin ticarət məqsədilə getdikləri Şam səfərləri əsnasında küfrləri səbəbilə daş yağmuruna məruz qalaraq məhv edilmiş Lut qövmünün xarabalıqlarını gördükləri halda bundan ibrət götürmədiklərinə işarə edilir.)
Kerbelayi Malik ağa:
And olsun ki, onlar fəlakət yağışı yağdırılmış olan qəsəbəyə gəldilər. Onu görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirdilər.
Ələsgər Musayev:
Əlbəttə, onlar keçdilər kəndin yanından, hansı ki, yağmışdı əzab yağışı. Ə, olmadılarmı onu görənlər? Bəli, olmadı onların ümidləri yenidən dirilməyə!
A.Mehdiyev və D.Cəfərli:
Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər,) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur.
Kövsər Tağıyev:
And olsun, sənin qövmünün bəla yağmuruna tuş gələrək yox edilən bir şəhərə yolları düşmüşdü. Yoxsa onu görmürdülərmi (ki, ibrət götürmürdürlər)? Xeyr! (Görürdülər, lakin) yenidən dirilməyə ümid etmirdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üzərinə bəla yağmuru yağmış məmləkətin yanından keçmişdilər. Məgər onlar onu görmədilər? Xeyr, onlar dirilməyi güman etmirdilər.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, onlar bəla və pislik yağışına tutulan bir diyara getdilər. Bəs bunu görmürdülərmi? Əksinə, onlar öldükdən sonra dirilməyə ümid etmirdilər.