Əlixan Musayev:
O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini edər”.
Bünyadov-Məmmədəliyev:
(Zəkəriyya: ) “Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? “ – söylədi. (Allah isə: ) “ (Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər”, - deyə buyurdu.
Elmir Quliyev
:
Закария (Захария) сказал: "Господи! Как может у меня родиться сын, если старость уже настигла меня и жена моя бесплодна?" Аллах сказал: "Так Аллах вершит, что пожелает!"
Ələddin Sultanov:
Zəkəriyya dedi: “Ey Rəbbim! Mən qocaldığım, zövcəm də qısır olduğu halda mənim necə oğlum ola bilər?” Allah buyurdu: “(Bəli,) Elədir, (ancaq) Allah dilədiyini edər”.
Kerbelayi Malik ağa:
(Zəkəriya ə.s): ‘Rəbbim, mənə qocalıq yetişmişkən mənim oğlum necə ola bilər. Mənim qadınım da sonsuzdur.’ dedi. (Allah da): ‘Allah beləcə dilədiyini edər.’ buyurdu.
Ələsgər Musayev:
Dedi: «Rəbbim! Olacaqmı mənim üçün oğul və əlbəttə,
yetişdim böyüklüyə və mənim övrətim isə doğmazdır?» Dedi:
«Belə fəaliyyət edir Allah, nə ki, istəyər!»
A.Mehdiyev və D.Cəfərli:
(Z?k?riyya) dedi: «Ey R?bbim, qocal?g?n (g?lib) m?n? catd?g? v? zovc?min q?s?r oldugu halda m?nim nec? oglum ola bil?r?!» Dedi: «El?dir, (amma) Allah ist?diyini edir.»
Kövsər Tağıyev:
Zəkəriyya: “Ey Rəbbim! Qocalıq məni haqlamışkən və zövcəm də qısırkən mənim necə övladım ola bilər?” – dedi. Allah: “Elədir, amma Allah istədiyini edər”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı və qadınımın sonsuz olduğu halda necə oğlum ola bilər?” Allah dedi: "Elədir, (lakin) Allah istədiyini edir.”
Sabirə Dünyamalıyeva:
Zəkəriyya: "Ey Rəbbim! Qocalıq məni haqladığı, arvadım da sonsuz olduğu halda, mənim necə oğlum ola bilər?" dedi. Allah: "Elədir, Allah istədiyini edər" dedi.