Əlixan Musayev:
De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Məkkə müşriklərinə) de: “Mənə bir göstərin (deyin) görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər şeylərdən) nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var? Yaxud onlara (ilahi) bir kitab vermişik və (Allaha şərik qoşmaq barəsində) oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar (bütlərin onlar üçün şəfaət edəcəyi haqda) bir-birinə ancaq yalan vəd verirlər.
Elmir Quliyev
:
Скажи: "Думали ли вы о своих сотоварищах, к которым вы взываете помимо Аллаха? Покажите мне, какую часть земли они сотворили? Или же они являются совладельцами небес?" Или же Мы даровали им Писание, ясными знамениями которого они руководствуются? О нет! Обещания беззаконников друг другу являются всего лишь обольщением.
Ələddin Sultanov:
De: “Allahı qoyub dua etdiyiniz şəriklərinizi gördünüzmü?! Mənə göstərin görək, onlar torpaqdan nə yaradıblar? Yaxud göylərdə onların bir şərikliyimi var? Yoxsa Biz onlara (bu barədə) bir kitabmı vermişik və buna görə də onlar oradakı bir dəlilə əsaslanırlar? Xeyr! Zalımlar bir-birlərinə ancaq yalan şeylər vəd edirlər.
Kerbelayi Malik ağa:
De ki: ‘Allahdan başqa tapındığınız şərikləri gördünüzmü? Mənə göstərin! Yerdən (torpaqdan) nə yaratdılar və ya onların göylərdə şərikliyimi var? Yoxsa onlara kitabmı vermişik ki, ondan (o kitabdan) bir bəyyinə (dəlil) üzərindələr? Xeyr, zalımlar yalnız bir-birlərinə aldadıcı şeylər vəd edərlər.’
Ələsgər Musayev:
De: «Ə, gördünüzmü
şəriklərinizi – o kəsləri ki, Allahdan başqa çağırırsınız?
Göstərin mənə nə xəlq ediblər ərzdən onlar? Yoxsa onların
səmalarda şərikliyi var? Yoxsa əta etmişik onlara kitab və
onlar üzərindədirlər bəyanatın ondan?» Bəli! Vəd verir
zalimlərin bəziləri bəzisinə ancaq məğrurluq.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) De: «Allahın yerinə çağırdıqlarınız şəriklərə (diqqətlə) baxmısınızmı? Mənə göstərin görüm, (onlar) yerdə nəyi (yerdəki mövcudlardan hansı bir növü) yaradıblar? Yoxsa onların göylərdə (göylərin yaradılışı, qorunub saxlanılması, ya idarə olunmasında Allahla) bir şərikliyimi var? Yaxud onlara (ilahi) bir kitabmı vermişik ki, (onların Allahla şərikliyi barədə) oradakı bir dəlil-sübuta istinad edirlər?! (Belə deyildir), əksinə, zalımlar bir-birlərinə yalnız aldadıcı vədlər verirlər».
Kövsər Tağıyev:
De ki: “Allahı buraxıb tapındığınız şəriklərinizi gördünüzmü? Göstərin görüm, onlar yerdən nə yaradıblar?” Yoxsa onların göylərdə bir şərikləri var? Yoxsa onlara bir kitab vermişik, o kitabdan açıq bir dəlilə sahibdirlər? Xeyr, zalımlar bir-birilərini aldatmaqdan başqa heç bir şey vəd etməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Siz Allahı qoyub ibadət etdiyiniz şərikləri gördünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaratmışlar? Yoxsa göylərin (yaradılmasında Allahla) ortaqlıqları olub? Və yaxud onlara elə bir Kitab bəxş etmişik ki, onlar üçün onda aşkar bir dəlil olsun?" Yox! Haqsızlar bir-birilərinə ancaq yalan vəd verirlər.
Sabirə Dünyamalıyeva:
De ki: "Allahın altındakılardan o yalvardığınız, şərik qoşduğunuz kəsləri heç düşündünüzmü? Göstərin görüm, yer üzündə nəyi meydana gətirmişlər? Yaxud da onların göylərdə bir şərikliyimi var? Yaxud da Biz onlara bir kitab vermişik, onlar oradakı bir dəlilə istinad edirlər?" Əksinə, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslər, bir-birlərinə yalandan başqa bir vəd vermirlər.