Əlixan Musayev:
Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz )orbiti( ilə) üzüb gedir.
Bünyadov-Məmmədəliyev:
Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.
Elmir Quliyev
:
Солнцу не надлежит догонять луну, и ночь не опережает день. Каждый плывет по орбите.
Ələddin Sultanov:
Nə günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri öz orbitində üzər.
Kerbelayi Malik ağa:
Günəşin Aya yetişməsi və gecənin gündüzü keçməsi mümkün deyildir. Hamısı fələklərində (orbitlərində) üzərlər (seyr edərlər).
Ələsgər Musayev:
Imkanı yoxdur şəmsin ki, yetişsin qəmərə və mümkün deyil gecə gündüzü qabaqlasın və küllisi fələkdə üzürlər.
A.Mehdiyev və D.Cəfərli:
Nə günəş (öz təbii hərəkət sistemində bu) aya (və özünün başqa aylarına, yəni başqa peyklərə) çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların (günəş, ay və ulduzların) hər biri müəyyən bir dairədə üzürlər.
Kövsər Tağıyev:
Ay üçün də mənzillər təyin etdik. Nəhayət, o, əyilmiş quru xurma budağı kimi olur.
M.Qənioğlu və T.Bilaloğlu:
Nə günəş aya çatar, nə də gecə gündüzü qabaqlayar, hər biri öz yerində üzər.
Sabirə Dünyamalıyeva:
Günəşin aya çatmağı mümkün olmaz. Gecə də gündüzün önünə keçən deyil. Hamısı bir orbitdə üzüb gedir.