Əlixan Musayev:
Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda (deyingörək) oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə əmin-amanlıq içində gələn kimsə? İstədiyinizi edin! Həqiqətən, O, nə etdiklərinizi görür.
Bünyadov-Məmmədəliyev:
Ayələrimizi inkar edənlər (ayələrimizdən üz döndərənlər) Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü (Allahın hüzuruna) arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O nə etdiyinizi görəndir.
Elmir Quliyev
:
Воистину, те, которые уклоняются от истины в отношении Наших аятов, не сокрыты от Нас. Тот, кто будет брошен в Огонь, лучше или тот, кто в День воскресения явится, будучи в безопасности? Поступайте, как пожелаете! Он видит то, что вы совершаете.
Ələddin Sultanov:
Ayələrimiz barəsində əyri yolu tutanlar, əlbəttə, Bizdən gizli qalmazlar. Cəhənnəmə atılan daha yaxşıdır, yoxsa qiyamət günü əmin-amanlıqda olan?! Siz istədiyinizi edin. Həqiqətən, Allah sizin etdiklərinizi görür.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, ayələrimizdə sapdırma edənlər Bizə gizli qalmazlar. Qiyamət günü atəşin içinə atılanlarmı yoxsa Bizə əmin-amanlıq içində gələnlərmi xeyirlidir? Dilədiyinizi edin. Şübhəsiz ki, O, etdiklərinizi ən yaxşı görəndir.
Ələsgər Musayev:
Həqiqətən, o
kəslər ki, Bizim ayətlərimizdə əyilirlər, Bizdən məxfi deyil. Ə,
o kəs ki, yanar oda atacaqlar, xeyirlidir, yoxsa o kəs ki, gəlir
əminliklə qiyamət günündə? Əməl edin nə istəyirsiniz.
Həqiqətən, O nə ilə ki, əməldəsiniz, Bəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Bizim ayə və nişanələrimiz barəsində yolunu azanlar (Bizim günəş və ay kimi yaradılış nişanələrimizə ibadət edənlər və şəriət ayələrini rədd edən və səhv yozanlar) Bizə gizlin deyildirlər. Belə isə oda atılan şəxs yaxşıdır, yoxsa Qiyamət günü (Allahın hüzüruna) xatircəm gələn kəs?! İstədiynizi edin. Şübhəsiz, O etdiklərinizi görür.
Kövsər Tağıyev:
Ayələrimiz barəsində (təkzib etmək məqsədilə) doğruluqdan ayrılanlar bizə gizli qalmaz. O halda qiyamət günü atəşə atılan daha xeyirlidir, yoxsa əmin-amanlıq içində gələn? İstədiyinizi edin. Şübhəsiz, O, etdiklərinizi haqqı ilə görür.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimizi inkar edənlər Bizdən gizli deyildirlər. Cəhənnəm oduna salınan yaxşıdır, yoxsa qiyamət günü əmin-amanlıq içərisində gələn? Siz istədiyinizi edin, O, sizin nə etdiklərinizi görür.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz işarətlərimiz/nişanələrimiz haqqında düzgünlükdən ayrılıb inkara yönələn kəslər Bizdən gizli qalmaz. O halda, atəşə atılacaq olan kəs daha xeyirlidir, yoxsa qiyamət günü əmin-amanlıq içində gələcək kəs? İstədiyinizi edin. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir.