Əlixan Musayev:
Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir.
Bünyadov-Məmmədəliyev:
Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!
Elmir Quliyev
:
Воздаяние за зло — равноценное зло. Но если кто простит и установит мир, то его награда будет за Аллахом. Воистину, Он не любит беззаконников.
Ələddin Sultanov:
Pisliyin cəzası misli ilə pislik etməkdir. Ancaq kim (pislik edəni) bağışlayar və barışarsa, onun mükafatı Allaha məxsusdur. Şübhəsiz ki, O, zalımları sevməz.
Kerbelayi Malik ağa:
Bir pisliyin cəzası onun misli qədər pislikdir. Lakin kim bağışlayar və islah etsə, artıq onun əcri (mükafatı) Allaha aiddir. Şübhəsiz ki, Allah zalımları sevməz.
Ələsgər Musayev:
Mükafatı pisliyin pislikdir misli
onun. Kim əfv edə və islah edə, əcri onun Allahın öhdəsinədir.
Həqiqətən, O sevməz zalimləri!
A.Mehdiyev və D.Cəfərli:
Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.
Kövsər Tağıyev:
Bir pisliyin qarşılığı onun kimi bir pislikdir (ona uyğun bir cəzadır). Ancaq kim bağışlayar və aranı düzəldərsə, onun mükafatı Allaha aiddir. Şübhəsiz, O, zalımları sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Pisliyin cəzası özü kimi pislikdir. Lakin kim (özünə qarşı pislik edəni) bağışlayıb barışarsa, onun mükafatı Allahdadır. Şübhəsiz ki, O, haqsızları sevmir!
Sabirə Dünyamalıyeva:
Və bir pisliyin cəzası, onun kimi bir pislikdir. Amma kim əfv edər və düzəldərsə, artıq onun ödənişi Allaha aiddir. Şübhəsiz ki, O, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz.