Maidə Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər bilmirsən ki, göylərin yerin hökmranlığı Allaha məxsusdur? O, istədiyinə əzab verər, istədiyini bağışlayar. Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
(Ey insan!) Məgər bilmirsən ki, göylərin yerin hökmü Allaha məxsusdur?! O, istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!
Elmir Quliyev :
Разве ты не знаешь, что Аллаху принадлежит власть над небесами и землей? Он подвергает мучениям, кого пожелает, и прощает, кого пожелает. Аллах способен на всё.
Ələddin Sultanov:
Bilmirsənmi ki, göylərin yerin hökmranlığı Allaha məxsusdur?! O, dilədiyi kimsəyə əzab verər, dilədiyi kimsəni bağışlayar. Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
Göylərin yerin mülkünün Allahın olduğunu bilmirsənmi? Dilədiyinə əzab edər dilədiyini məğfirət edər. Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Ə, bilmirsənmi ki, Allah üçündür səmaların ərzin hakimiyyəti? Əzab edər kim istəsə bağışlayar kim istəsə Allah üzərində külli şeyin Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər göylərin yerin həqiqi səltənət mülkiyyətinin Allaha məxsus olmasını bilmirsən?! (Çünki yaratmaq, qorumaq, işlərin nizama salınması yox etmək, bunların hamısı Onun iradə istəyinin təsiri altındadır.) İstədiyinə (ədalət hikmətə uyğun olaraq) əzab verər istədiyini (rəhmət əsasında) bağışlayar. Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Bilmirsənmi ki, göylərin yerin hökmranlığı Allaha aiddir. O, istədiyinə əzab verər, istədiyini bağışlayar. Allah hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bəs sən göylərin yerin hökmünün Allaha məxsus olduğunu bilmirsənmi? O, istədiyi kəsi cəzalandırıb, istədiyi kəsi bağışlayır. Allah hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Göylərin yerin səltənətinin, idarəçiliyinin Allaha məxsus olduğunu bilmirsənmi? O, istədiyinə əzab verər, istədiyini bağışlayar. Allah, hər şeyə ən yaxşı qadir olandır.