Əlixan Musayev:
De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlayarsa, Allahdan başqasınımı çağıracaqsınız?”
Bünyadov-Məmmədəliyev:
(Müşriklərə) de: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru danışanlarsınızsa (deyin görək)!”
Elmir Quliyev
:
Скажи: "Скажите мне, станете ли вы призывать кого-либо наряду с Аллахом, если вас поразит наказание Аллаха или наступит Час, если только вы говорите правду?"
Ələddin Sultanov:
De: “Əgər doğru danışırsınızsa, deyin görək, sizə Allahın əzabı gələr, yaxud qiyamət sizə gəlib çatarsa, Allahdan başqasınamı yalvaracaqsınız?”
Kerbelayi Malik ağa:
(Ey Məhəmməd müşriklərə) de ki: ‘Siz özünüzü gördünüzmü? (halınızı gördünüzmü, acizliyinizi anladınızmı? Allahın ayələrini inkar edənlər qaranlıqda qalmış kar və dilsizlərdir.) Əgər doğru danışanlarsınızsa, Allahın əzabı sizə gəlsə və ya o saat (qiyamət vaxtı) sizə gəlsə, Allahdan başqasınamı yalvararsınız?’
Ələsgər Musayev:
De: «Ə, gördünüzmü əgər yetişib sizə Allahın əzabı, ya yetişib sizə saat, ə, Allahdan qeyrisinimi çağırırsınız, əgər oldunuz doğru danışanlar?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!»
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Deyin görək, sizə Allahın əzabı gəlsə və ya sizə qiyamət saatı yetişsə, (belə bir halda) siz Allahdan başqasınımı çağırarsınız? Əgər (bütlərin sizə fayda verdiyi ilə bağlı iddianızda) doğru söyləyənlərsinizsə, (o halda onları köməyə çağırın)”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Sizə Allahın əzabı gələrsə və ya qiyamət günü yetişərsə, əgər düz danışansınızsa, deyin görüm başqasınımı köməyə çağıracaqsınız?
Sabirə Dünyamalıyeva:
De ki: "Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə gəlsə və ya qiyamət vaxtı gəlib çatsa, Allahdan başqasına yalvaracaqsınızmı? -Əgər doğru adamlarsınızsa.-