Əraf Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, ayələrimizi yalan sayanlara onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
Bünyadov-Məmmədəliyev:
Ayələrimizi yalan hesab edənlərə onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə kafirlərə) belə cəza veririk!
Elmir Quliyev :
Воистину, не откроются врата небесные для тех, кто считал ложью Наши знамения и превозносился над ними. Они не войдут в Рай, пока верблюд не пройдет сквозь игольное ушко. Так Мы воздаем грешникам.
Ələddin Sultanov:
Şübhəsiz ki, ayələrimizi təkzib edib təkəbbürlənərək onlardan üz çevirənlərə göyün qapıları açılmayacaq onlar dəvə iynənin gözündən keçənə qədər cənnətə girə bilməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, ayələrimizi yalanlayanlar onlara təkəbbürlənənlərə göy qapıları açılmaz. Dəvə iynə gözündən keçmədikcə, cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırarıq.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, yalan saydılar ayətlərimizlə Bizi təkəbbürlük etdilər ondan, heç vaxt səmanın qapıları onlar üçün açılmaz cənnətə daxil olmazlar, ta əgər dəvə iynə qulağından keçə. Biz cərimə olunmuşları belə cəzalandırarıq!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, səmanın qapıları Bizim ayə nişanələrimizi təkzib etmiş onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları öldükdən sonra ruhları göyə getsin) erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk.
Kövsər Tağıyev:
Ayələrimizi yalan sayanlar o ayələrə uymağı qürurlarına sığışdıra bilməyənlər ki var, onlara göylərin qapıları açılmaz. Onlar dəvə iynənin dəliyindən keçənə qədər cənnətə girə bilməzlər! Biz günahkarları belə cəzalandırarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Bizim ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar üçün səma qapıları açılmaz dəvə iynə gözündən keçməyincə onlar cənnətə girə bilməzlər. Günahkarları Biz beləcə cəzalandırırıq.
Sabirə Dünyamalıyeva:
Ayələrimizi inkâr edən onlara qarşı təkəbbür göstərən kimsələrə, bax onlara, göyün qapıları açılmayacaq dəvə/kəndir iynənin gözündən keçmədikcə, onlar cənnətə girməyəcəklər. Biz günahkarları bax belə cəzalandırırıq.