Tövbə Surəsi 40. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!
Elmir Quliyev :
Если вы не окажете ему (Мухаммаду) поддержки, то ведь Аллах уже оказал ему поддержку, когда неверующие изгнали его. Он был одним из тех двоих, которые находились в пещере, и сказал своему спутнику (Абу Бакру): "Не скорби, ибо Аллах с нами". Тогда Аллах ниспослал ему спокойствие и поддержал его воинами, которых вы не видели. Аллах сделал слово неверующих нижайшим, тогда как Слово Аллаха превыше всего. Аллах Могущественный, Мудрый.
Ələddin Sultanov:
Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) kafirlər ikinin ikincisini (Sövr mağarasına sığınan iki nəfərdən biri olan Peyğəmbəri Məkkədən) çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna (Əbu Bəkrə): “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi kafirlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət hikmət sahibidir. (Həzrət Peyğəmbər dostu Həzrət Əbu Bəkrlə Məkkədən Mədinəyə hicrət edərkən müşriklər onları tutmaq üçün axtarışa çıxmışdılar. Onlar da Sövr mağarasına sığınıb gizlənmişdilər. Onların mağarada olduqlarından şübhələnən müşriklər ora yaxınlaşdıqları zaman Həzrət Əbu Bəkr təşvişə düşmüşdü. Ancaq müşriklər mağaranın ağzında göyərçin yuvasını hörümçək torunu gördükləri zaman geri dönmüşdülər.)
Kerbelayi Malik ağa:
Siz yardım etmədiyiniz zaman Allah Ona (Rəsula) yardım etmişdi. Kafir olanlar Onu (Məkkədən) çıxartdığı zaman iki nəfərin ikincisi idi. İkisi mağarada ikən dostuna belə demişdi: ‘Üzülmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir.’ O zaman Allah Onun üzərinə səkinətini endirdi. Onu görə bilmədiyiniz bir ordu ilə dəstəklədi. Kafirlərin sözünü alçaltdı. Allahın kəlməsi çox ucadır. Allah Əzizdir (üstündür), Hakimdir (hökm hikmət sahibidir).
Ələsgər Musayev:
Əgər ona köməklik etməsəniz, fəqət Allah ona köməklik etdi, onda o kəslər ki, kafir idilər, onu xaric etdilər, onda iki nəfərdən biri idi. Onda ikisi mağarada idi, yoldaşına dedi: «Hüznlü olma, həqiqətən, Allah bizimlədir!» Allah ona Öz rahatlığını nazil etdi onu qeyb qoşunu ilə möhkəmləndirdi, hansı ki, görmürdünüz kafirlərin səsini batırdı Allahın sözü hər vaxt ucadır həqiqətən, Allah Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Saur» mağarasında) olduqları vaxt o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi(yi kimi yenə kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi kafirlərin sözünü alçaltdı. Uca üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli hikmət sahibidir.
Kövsər Tağıyev:
Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilirsiniz ki,) inkar edənlər onu iki nəfərdən biri olaraq (Məkkədən) çıxardıqları zaman ona məhz Allah yardım etmişdi. Onlar mağarada olduqları vaxt o, öz yoldaşına: “Məyus olma, çünki Allah bizimlədir”, deyirdi. Allah da ona bir arxayınlıq duyğusu hüzur endirmiş, sizin görmədiyiniz ordularla onu dəstəkləmiş, beləliklə, inkar edənlərin sözünü alçaltmışdı. Allahın sözü isə ən ucadır. Allah mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz ona [peyğəmbərə] kömək etməsəniz, Allah ki ona kömək göstərmişdir. Bir zaman kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. Onlar ikisi [Məhəmməd Əbu Bəkr] mağarada ikən o, öz yoldaşına dedi: "Kədərlənmə, axı Allah bizimlədir!" Allah Öz əmin-amanlığını onun üzərinə endirdi sizin görmədiyiniz qoşunla ona kömək etdi. Beləcə kafirlərin sözlərini alçaltdı. Allahın kəlamı isə ən ucadır. Axı Allah qüvvət hikmət sahibidir!
Sabirə Dünyamalıyeva:
Əgər siz Elçiyə kömək etməsəniz, bilin ki, Allah həqiqətən ona kömək etmişdir. Necə ki, o kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] onu ikinin [iki nəfərin] ikincisi olaraq çıxarmışdılar. Necə ki, ikisi mağarada idilər. O vaxt elçi, yoldaşına deyirdi: "Qəm yemə, şübhəsiz ki, Allah bizimlədir." Belə olduqda, Allah ona qəlbə təskinlik verən güvən xatircəmlik hissini bəxş etmiş/onların əhval-ruhiyyəsini yaxşılaşdırmış, onu sizin görmədiyiniz əsgərlərlə gücləndirmiş kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] sözünü ən alçaq [söz] etmişdi. Allahın sözü isə məhz ən ucadır. Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.