Nəhl Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər!
Bünyadov-Məmmədəliyev:
Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər hicrətdən geri qalanlar bunu) biləydilər!
Elmir Quliyev :
Тех, которые переселились ради Аллаха после того, как подверглись притеснениям, Мы одарим прекрасным жилищем в этом мире, а вознаграждение в Последней жизни будет еще больше. Если бы они только знали!
Ələddin Sultanov:
Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə gəlincə, Biz onları dünyada gözəl bir şəkildə məskunlaşdıracağıq. Axirət mükafatı isə şübhəsiz ki, daha böyükdür. Kaş (kafirlər, yaxud hicrət etməyə qarşı çıxanlar bunu) biləydilər!
Kerbelayi Malik ağa:
Zülmə məruz qaldıqdan sonra Allah üçün hicrət edənləri dünya həyatında mütləq gözəl bir yurdda yerləşdirməyimiz üçündür. Axirət mükafatı əlbəttə daha böyükdür, kaş bilmiş olsaydılar.
Ələsgər Musayev:
O kəslər ki, zülm olunduqdan sonra, Allaha xatir hicrət etdilər, Biz onlara bu dünyada yaxşı mənzillər verərik axirət əcri isə daha böyükdür, əgər bilsəydilər
A.Mehdiyev və D.Cəfərli:
zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür.
Kövsər Tağıyev:
Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə gəlincə, onları dünyada gözəl bir şəkildə yerləşdirərik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqsızlıq gördükdən sonra Allah yolunda hicrət edənləri Biz bu dünyada çox yaxşı yerləşdirəcəyik. Axirətin mükafatı isə daha böyükdür. Kaş onlar bunu biləydilər!
Sabirə Dünyamalıyeva:
haqsızlığa məruz qaldıqdan sonra Allah yolunda hicrət edən kəslər, həqiqətən, O birinin/axirətin muzdu isə daha böyükdür. Kaş ki, biləydilər!