Həcc Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).
Elmir Quliyev :
Если Мы одарим их властью на земле, они будут совершать намаз, выплачивать закят, велеть совершать одобряемое и запрещать предосудительное. А исход всех дел у Аллаха.
Ələddin Sultanov:
Onlar o kəslərdir ki, əgər onlara yer üzündə hakimiyyət versək, namaz qılar, zəkat verər, yaxşılığı əmr edər pislikdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir.
Kerbelayi Malik ağa:
Yer üzündə onlara imkanlar versəydik, namazı qılarlar, zəkatı verərlər, maruf ilə əmr edərlər münkəri qadağan edərlər. Bütün işlərin aqibəti (nəticəsi, hökmü) Allaha aiddir.
Ələsgər Musayev:
O kəslər ki, əgər Biz onlara ərzdə məkan versək, ayağa qalxarlar islahata əta edərlər zəkatı əmr edərlər mərifətlə nəhy edərlər bəyənilməyəndən. Allah üçündür aqibəti əmrlərin.
A.Mehdiyev və D.Cəfərli:
O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) güc versək namaz qılar, zəkat verər, (insanları ağıl şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər (onları) hər bir nalayiq çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur.
Kövsər Tağıyev:
Onlar elə kəslərdir ki, əgər onlara yer üzündə imkan iqtidar versək, namazı etina ilə qılar, zəkatı verər, yaxşılığı əmr edər pisliyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə ki, əgər Biz onları yer üzündə yerləşdirsək onlar namaz qılar, zəkat verər, xeyir tutmağı buyurar bəd əməllərdən saxlayarlar. Bütün işlərin şon nəticəsi Allaha aiddir.
Sabirə Dünyamalıyeva:
Allah, Özünə kömək edənlərə -yurd verib qüvvətləndirdiyimiz təqdirdə səlatı yerinə yetirən [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirən, yaşadan], zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən yaxşı şeyləri əmr edən, vəhy ümumi ağıl ilə pisliyi, eybəcərliyi qəbul edilən şeylərdən döndərən kəslərə- həqiqətən kömək edər. Heç şübhəsiz ki, Allah, çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi yalnız Allaha aiddir.