Əlixan Musayev:
Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər: )“Budurmu Allahın elçi göndərdiyi kəs?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): “Allahın peyğəmbər göndərdiyi şəxs budurmu?
Elmir Quliyev
:
Завидев тебя, они лишь насмехаются над тобой: "Неужели это — тот, кого Аллах отправил посланником?
Ələddin Sultanov:
Səni gördükləri zaman məsxərəyə qoyaraq (belə deyirlər): “Allahın peyğəmbər göndərdiyi şəxs budurmu?!
Kerbelayi Malik ağa:
Səni gördükləri zaman: 'Allahın rəsul olaraq göndərdiyi bumu?' deyərək səninlə istehza edərlər.
Ələsgər Musayev:
Onda ki, səni görürlər, tuturlar əyləncəyə: «Ə, bu o kəsdir ki, Allah rəsulmu qaldırıb?
A.Mehdiyev və D.Cəfərli:
Onlar səni görən zaman yalnız məsxərə edərlər (və deyərlər:) «Allahın peyğəmbərliyə göndərdiyi (şəxs) budur?!»
Kövsər Tağıyev:
Onlar səni gördükləri zaman ancaq məsxərəyə qoyurlar. “Allahın peyğəmbər olaraq göndərdiyi adam budurmu?
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar səni görəndə ancaq məsxərəyə qoyub deyərlər "Doğrudanmı bu, Allahın göndərdiyi peyğəmbərdir?
Sabirə Dünyamalıyeva:
Səni görəndə də: "Budurmu Allahın elçi kimi göndərdiyi? Əgər tanrılarımıza inanmaqda inad etməsəydik, həqiqətən də az qala bizi onlardan döndərəcəkdi" deyə səni məsxərəyə qoymaqdan başqa bir şey etmirlər.