Qəsəs Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Biz onları (dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtarmaq üçün) heç bir kömək edilməyəcəkdir!
Elmir Quliyev :
Мы сделали их предводителями, которые призывают в Огонь, и в День воскресения им не окажут помощи.
Ələddin Sultanov:
Biz onları cəhənnəmə çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir köməklik göstərilməyəcəkdir.
Kerbelayi Malik ağa:
Biz onları atəşə dəvət edən imamlar (rəhbərlər) etdik. Qiyamət günü onlara yardım olunmaz.
Ələsgər Musayev:
Biz etdik onlar? imamlar, cag?r?rlar oda t?r?f v? qiyam?t gunu onlara yard?m olunmayacaq.
A.Mehdiyev və D.Cəfərli:
Biz onları (küfr tüğyanları ilə gələcək nəsilləri) (Cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik. Qiyamət günü (heç bir şəfaət sahibi tərəfindən) onlara kömək edilməyəcək!
Kövsər Tağıyev:
Biz onları atəşə çağıran öndərlər etdik. Qiyamət günü onlara yardım edilməyəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onları cəhənnəm oduna çağıran öncüllər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.
Sabirə Dünyamalıyeva:
onları, atəşə dəvət edən rəhbərlərdən etdik. Qiyamət günündə onlar kömək görməyəcəklər.