Əlixan Musayev:
İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.
Bünyadov-Məmmədəliyev:
İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.
Elmir Quliyev
:
Зло появляется на суше и на море по причине того, что совершают людские руки, чтобы они вкусили часть того, что они натворили, и чтобы они вернулись на прямой путь.
Ələddin Sultanov:
İnsanların qazandıqları günahlar səbəbilə quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (Allahın) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar.
Kerbelayi Malik ağa:
İnsanların əlləriylə qazandıqları səbəbiylə quruda və dənizdə fitnə-fəsad ortaya çıxdı, etdiklərinin bir qisminin onlara daddırılması üçün. Ümid edilər ki, beləcə onlar (Allaha) dönərlər.
Ələsgər Musayev:
Zahir oldu quruda və dəryada fəsad nə ilə ki,
kəsb etdi insanların əlləri, daddırmaq üçün onlara bəzi odur ki,
əməldədirlər, ola ki, onlar müraciət edələr.
A.Mehdiyev və D.Cəfərli:
İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar.
Kövsər Tağıyev:
İnsanların etdikləri (pisliklər) səbəbi ilə quruda və dənizdə fəsad meydana gəldi. Etdiklərinin bəzi (pis) nəticələrini Allah onlara (dünyada) daddıracaq ki, bəlkə onlar (yanlış yoldan) dönələr.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanların əllərinin törətdiyi əməllər ucbatından quruda və dənizdə təbii nizam pozuntusu [zəlzələ, quraqlıq, fırtına] meydana çıxdı ki, O, onların törətdiyi işlərinin bəzisinin (cəzasını) onlara daddırsın. Ola bilsin ki, onlar (tövbə edib haqqa) dönələr.
Sabirə Dünyamalıyeva:
İnsanlar [bəlkə] qayıdar deyə, öz əlləri ilə qazandıqları şeylər səbəbindən, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə fəsad meydana gəldi.