Qələm Surəsi 41. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.
Bünyadov-Məmmədəliyev:
Yoxsa onların (axirətdə müsəlmanlardan üstün ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!
Elmir Quliyev :
Или у них есть сотоварищи? Пусть же они приведут своих сотоварищей, если они говорят правду!
Ələddin Sultanov:
Yoxsa onların şəriklərimi var?! Əgər doğru deyirlərsə, onda şəriklərini gətirsinlər.
Kerbelayi Malik ağa:
Yoxsa onların şəriklərimi var? Elə isə şəriklərini gətirsinlər, əgər doğru söyləyəndirlərsə.
Ələsgər Musayev:
Yoxsa onların şərikləri var? Qoy onlar öz şəriklərini gətirsinlər, əgər onlar oldular sadiqlər
A.Mehdiyev və D.Cəfərli:
Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.
Kövsər Tağıyev:
Yoxsa onların şərikləri var? Doğru söyləyənlərdirlərsə, şəriklərini gətirsinlər!
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa onların şərikləri vardır? Əgər düz deyirlərsə, onda qoy şəriklərini gətirsinlər.
Sabirə Dünyamalıyeva:
Yoxsa onların şəriklərimi var? Əgər düz adamlardırsa, qoy onda şəriklərini gətirsinlər.